Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Avropa Şurası Venesiya Komissiyasının (AŞVK) “ Dini etiqad azadlığı haqqında” qanuna dəyişkilik etmək barədə təklifini nəzərdən keçirir.Bu barədə jurnalistlərə DQİDK sədri Elşad İskəndərov məlumat verib.
“Venesiya Komissiyasının “Dini etiqad azaqdlığı haqqında” qanuna dəyişkilik etmək barədə təklifi nəzərə alınır və gözdən keçirilir. Eyni zamanda hesab edirəm ki, din kimi həssaslıq tələb edən bir sahədə hər hansı sorğunun nəticəsini araşdıraraq bundan akademik və ya hüquqi nəticələr çıxarmaq reallıqdan uzaqdır”.- deyə E.İskəndərov Starteji Araşdırmalar Mərkəzinin apardığı “Azərbaycanda din: mövcud reallıqlar və ictimai rəy” sorğusunun prezentasiyasında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, beynəlxalq qurumlarla bu istiqamətdə müntəzəm dialoqlar aparılır, lakin, verilən təklif müstəqil şəkildə, ətraflı öyrənildikdən sonra bu və ya digər qərar veriilir.
“Azərbaycan hər bir sahədə olduğu kimi, bu sahədə də müstəqil qərar qəbul edir , xüsusən respublikanın coğrafi və geosiyasi vəziyyəti kontekstindən ölkənin və dövlətçiliyin maraqları nəzərə alınaraq qərar verilir”,- deyə komitə sədri bildirib.
Daha əvvəl müxtəlif dini icmaların liderləri “İnterfaks -Azərbaycan” agentliyinə AŞVK-nin “Dini etiqad azadlığı haqqında “ qanuna dəyişiklik etmək barədə təklifini şərh edərkən bu təklifləri qəbuledilməz adlandırmışdılar.AŞVK Azərbaycana ölkə ərazisində xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən dini təbliğat və ayinlərə qadağan qoymamağı təklif edib
Həmçinin, AŞVK dini icmaların dövlət qeydiyyatının aparılması sistemində islahat aparmağı, dini təşkilatların ləğv edilməsini tənzimləyən qaydalara dəyişkillik edilməsini, dini təşkilatlar üçün apellyasiya prosedurunu təmin etməyi, dini ədəbiyyatın və digər informasiya mareriallarının yayılması, satışı, istehsalı, ixrac və idxalı zamanı vətəndaşların və dini qurumların hüquqlarının məhdudlaşdırılmamasını təklif edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət