2012-ci ildə Azərbaycanda qeydiyyatdan keçən şəkərli diabet xəstələrinin sayı 163,280 min nəfər təşkil edib, 2005-ci ildə bu göstərici 56 min təşkil edib. Respublika Endokrinoloji Mərkəzinin (REM) direktor müavini Yeganə Sultanova belə bəyan edib.
“Göstəricilərin sayının artmasılna səbəb ictimaiyyətin öz səhhətinə diqqəti artırması ilə əlaqədardır.İnsanlar səhiyyə ocaqlarına daha çox müraciət etməyə, daha çox müayinədən keçməyə başlayıblar”,- deyə Y.Sultanova Ümumdünya Diabet Gününə həsr edilmiş konfransda bildirib.
Onun sözlərinə görə, diabet xəstələrinin ümumi sayından 32% Bakının, qalanı regionların payına düşür.
Şəkərli diabet xəstəliyi səbəbi ilə ölüm hallarının azldığını qeyd edən Y.Sultanova
qeyd edib ki, 2005-ci ildə ölüm hallarının sayı 960 təşkil edibsə, 2012-ci ildə bu rəqəm 709-a enib.
Y.Sulatnova dövlət tərəfindən diabetlə mübarizə üçün dəfələrlə ayrılan vəsaitləri xatırladaraq bildirib ki, 2006-cı ildə bu məqsədlə 1,5 mln. manat ayrılmışdısa, bu il bu göstərici 12,239 mln. manat təşkil edib.
O qeyd edib ki, elektron sağlıq kartları şəkərli diabetlə mübarizəyə əhəmiyyətli töhvə verir. “Yalnız Bakıda 40 min elektron kart buraxılıb, bundan başqa, 2008 -2011-ci illərdə 138,154 min qlükometr paylanıb”,- deyə o bildirib
1991-ci ildən noyabrıən 14-ü Ümumdünya Diabet Günü kimi qeyd edilir. Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2007-ci ildən BMT-yə üzv olan bütün ölkələrdə bu gün qeyd olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət