Naxçıvan Dövlət Universitetində kimya, fizika və biologiya fənnlərini tədris edən müəllimlər üçün dörd günlük seminar-treninqlər keçirilir.
“Muxtar Respublikasında fəliyyət göstərən ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmlənməsi, onların müasir avadanlıq və texnologiyalar ilə təchiz edilməsi təhsilin inkişafına ciddi təsir göstərir”, - deyə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev seminarların plenar iclasında bildirib. O pedaqoji kadrların hazırlanmasına diqqət və qayğı, NDU-nun bu məsələdə rolu barədə məlumat verib. Nazir ümumtəhsil məktəblərinin müəllimləri üçün bu cür seminar-treninqlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, kimya, fizika və biologiyanın aktual problemlərinə həsr olunan seminarlar müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edən yüksək ixtisaslı təlimçilər tərəfindən keçirilir. P.Nağıyevin sözlərinə görə, bu cür seminar-treninqlər gələcəkdə də intensiv şəkildə təşkil ediləcək.
Seminar-treninqlər Naxçıvan MR Təhsil Nazirliyi və NDU ilə birgə təşkil olunub. Tədbirə Muxtar Respublikanın ümumtəhsil məktəblərinin müəllimləri cəlb edilib. Seminar-treninqlər çərçivəsində müəllimlər NDU-nun qeyri-orqanik, təhlil, kolloidal kimya, fizika və digər elmi-tədqiqat laboratoriyarında praktiki məşğələlər keçəcəklər. Həmçinin nəbatat bağı və muzey, ali məktəbin coğrafiya muzeyi ilə tanış olacaqlar.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət