Rusiyanin “EK Alyans”aviaşirkəti Moskva- Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirməyə başlayıb.Bu barədə Azərbaycanın rəsmi mətbuat orqanlarında bildirilir.
Məlumata əsasən, noyabrın 15-də Qəbələ Beynəlxalq Hava Limanında Moskvadan gələn ilk təyyarənin təntənəli qarşılanma mərasimi keçirilib.Tədbirdə “Azal” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli, “EK Alyans”aviaşirkətinin baş direktoru Erkin Suslin, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və başqalaraı iştirak edib.
Məlumat verilib ki, Moskvanın Domodedovo hava limanından Bakı vaxtı ilə saat 11.00-da havaya qalxan təyyarə yerli vaxtla 13.45-də Qəbələ Beynəlxalq Hava Limanında yerə enib. Təyyarədə olan 114 sərnişindən əksəriyyəti Azərbaycan vətəndaşları, yerli və xarici biznesmenlər, xarici turistlər idi. Həmin gün saat 15.45-də təyyarə Moskvaya geri qayıdıb. Qəbələdən Moskvaya uçan hava gəmisində 104 sərnişin olub.Uçuşlar həftənin cümə axşamları «Airbus-320” avialayneri ilə həyata keçiriləcək.
Moskvadan Qəbələyə bir biletin qiyməti 102 manat, Qəbələdən Moskvaya 120 manat təşkil edir.
Beynəlxalq standartlara cavab verən Qəbələ Beynəlxalq Hava Limanı bir il əvvəl istifadəyə verilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət