Rusiya və Azərbaycan arasında qarşılıqlı mal dövriyyəsi 2012-ci ilin yanvar -sentyabr aylarının yekunlarına əsasən, $2 mlrd. 315,4 mln. təşkil edib ki, bu da 2011-ci ilin analaoji dövrünün göstəricisindən 13,1% çoxdur.Rusiyanmın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin çərşənbə günü “İnterfaks --Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında belə söyləyib.
“Rusiya statistikasına əsasən, 2012-ci ilin yanvar- sentyabr aylarında Rusiya və Azərbaycan arasında mal dövriyyəsi $2 mlrd. 315,4 mln. təşkil edib ki, bu da 2011-ci ilin analaoji dövrünün göstəricisindən 13,1% çoxdur.Bununla yanaşı, Azərbaycana ixrac 17,7%-$1 mlrd. 975,4 mln. artıb, Azərbaycandan ixrac 7,9 %- $340 mln.-a qədər azalıb.Rusiya üçün ticarət saldosu müsbət sayılıb-$1 mlrd. 635,4 mln.”.- deyə Y.Şedrin qedy edib.
Onun sözlərinə görə, Rusiya- Azərbaycan ticarət əlaqələri sabit inkişaf tendensiyasına malikdir və son 5 ildə demək olar ki 5 dəfə artıb.
“Keçən il qarşılıqlı mal dövriyyəsi rekord səviyyəyə çataraq $3 mlrd.-dan çox təşkil edib.Rusiya Azərbaycana ixracatla məşğul olan ölkələr sırasında liderlik edir, xam neft nəzərə alınmazsa bu ölkədən ixrac edilən məhsulların əsas istehlakçısıdır”.- deyə Y.Şedrin qeyd edib.
O əlavə edib ki, Rusiyadan ixrac edilən malların 90%-ni dərin emal məhsulları təşkil edir.Rusiya ixracatının strukturunda maşınlar,avadanlıq və nəqliyyat vasitələri, ərzaq məhsulları, qara və əlvan metal, metalprokat, ağac və çellüloz kağız məmulatları, kimyəvi məhsullar və elektrik enerjisi üstünlük təşkil edir.
“2012-ci ilin yanvar- sentyabr aylarında metal və metal məmulatlar ixracı 4,7% yüksələrək 2011-ci ilin analoji dövründəki həddə çatıb və $267,6 mln. təşkil edib. Maşın, avadanlıq və nəqliyyat vasitələrinin tədarük həcmi 9,1%- $569,5 mln.-a qədər artıb. Bu qrupdan olan malların payı Rusiyadan Azərbaycana ixracatın ümumi həcmində 2011-ci ilin analoji dövrünün 31,1%-nə qarşı 28,8% təşkil edib”,- deyə Y.Şedrin əlavə edib.
Onun sözlərinə görə, həmçinin kimyəvi məhsul tədarükü (artım 17,6%) və istilik enerji məhsullarının tədarükü (artım 19,4%) artıb.
“Eyni zamanda ərzaq məhsullarının və kənd təsərrüfatı xammalının tədarükündə 3,4%- $386,9 mln. azalma müşahidə olunub ki, bu da yerli bazarda Qazaxıstandan ixrac edilən buğdanın Rusiya ixracını əvəz etməsi nəticəsində baş verib”,- deyə Y.Şedrin bildirib.
O əlavə edib ki, Azərbaycandan Rusiyaya ixrac edilən məhsullar arasında kənd təsərrüfatı ( ümumi ixrac həcminin 55,4%-i) və ərzaq malları üstünlük təşkil edir. Bu malların tədarük həcmi 18,3%- $188,4 mln. –a qədər artıb.
“Mineral məhsulların xüsusi çəkisi 11,8% azalaraq 17,1% təşkil edib ki, Azərbaycan qazının Rusiya bazarına planlaşdırılan tədarükünün baş tutmaması buna səbəb olub.Azərbaycan qazının Rusiyaya tədarükünün həcmi 9 ay ərzində yalnız 944,9 mln. kubmetr təşkil edib”,- deyə RF-nin Ticarət nümayəndəliyinin rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, ikitərəfli iqtisadi əməkdaşlıq perspektivlərini Rusiya və Azərbaycanın iqtisadiyyatının artan ixrac potensialını, xarici iqtisadi əlaqələrin iştirakçılarının hər il artan sayını, sərhədyanı və regional gələcək inkişafı nəzərə almaqla “nikbin qiymətləndirmək olar”
“Hazırda Azərbaycanla xarici ticarət fəaliyyətinə 500-dən çox müəssisə və təşkilat (bunlardan təxminən 200-ü 100% Rusiya kapitalı ilə və 300-dən çoxu BM formatı ilə), Rusiyanın 83 subyektindən 71-i cəlb edilib”,- deyə Y.Şedrin əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət