Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında tanınmayan ərazilər ilə bağlı problemin həllində Rusiyanın təcrübəsindən istifadə etmək olar. “Yedinaya Rossiya” Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov belə hesab edir.
“1990-cı illərin əvvəlində Qafqazda vəziyyət çox gərgin idi. Problemlər yalnız Qafqazda yaranmırdı. Rusiyanın bir sıra regionu özlərini müstəqil dövlət kimi elan etməyə cəhd edirdi. O zaman həll yolu tapmaq çətin idi. Lakin, yalnız postsovet məkanının deyil, həm də beynəlxalq təcrübədən istifadə edərək hansısa həll yolu tapmaq mümkündür”, - deyə A.Klimov cümə günü jurnalistlərə bəyan edib.
“Hakim partiya kimi biz bu gün Rusiya XİN-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair elan etdiyi mövqeyi bölüşürük”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, ümumilikdə, postsovet məkanında heç də adi olmayan çıxış yolu tələb edən mürəkkəb vəziyyət yaranıb.
“Tərəflərin biri-birinə etibar etmələri vacibdir. Əgər danışıqlar aparan tərəflərin biri-birinə etimadı yoxdursa, biri digər tərəfin sözlərində hiylə axtarırsa, o zaman ümumi təmas nöqtələri tapmaq çətindir”, - deyə hakim partiyanın nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi məsələsində tərəflər “bu problemin həlli mümkün olsun deyə həmin bəndlərə əsaslanaraq hərəkət etməlidirlər”. “Bundan başqa, maraqlı olan ölkələrin hər birində daxili siyasi vəziyyət maksimal dərəcədə dinc olmalıdır”, - deyə A.Klimov əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət