“Metsamor” AES-də qəza nəticəsində zərər regiona Dağlıq Qarabağ münaqişəsi zamanı zərəri ötəcək. NİSA-nın (NATO Beynəlxalq Azərbaycan Məktəbi) icraçı direktoru Hüseyn Pənahov belə hesab edir.
“Metsamor” Atom Elektrik Stansiyasında baş verəcək qəzanın nəticələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi zərərdən daha ağır ola bilər”, - deyə H.Pənahov çərşənbə axşamı Bakıda keçirilən “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər: beynəlxalq təcrübə mübadiləsi” mövzusunda treninqdə bəyan edib.
“Təhlükə təkcə ölkələr və qruplaşmalar arasında olan münaqişələrdən deyil, həm də ətraf mühitə düzgün münasibət göstərməməkdən qaynaqlana bilər. Bəzən məhz təbii fəlakətlər ən çix zərər verə bilər”, - deyə o əlavə edib.
H.Pənahovun sözlərinə görə, proqnozlara əsasən, yaxın 20 il ərzində iqlim dəyişikliklərinin yaratdığı fəsadlar nəticəsində 100 milyona yaxın insan dünyasını dəyişəcək.
O həmçinin vurğulayıb ki, NİSA-nın əsas məqsədi Qafqazda təhlükəsizliyi təmin etmək məqsədilə mövcud potensialın genişləndirilməsidir. NATO Beynəlxalq Azərbaycan Məktəbinin fəaliyyəti münaqişələrin araşdırılması məsələsi ətrafında qurulub.
İki günlük treninqlər NATO Beynəlxalq Azərbaycan Məktəbinin (NISA) və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət