2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarında Bakıdakı mövcud idman zalları və qurğulardan istifadə ediləcək. Gənclər və idman naziri Azad Rəhimov belə deyib.
“Mövcud zal və qurğulardan başqa biz müvəqqəti qurğular tikmək fikrindəyik”,- deyə A.Rəhimov çəşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.“Misalçün, oyunların keçirildiyi müddətdə çimərlik voleybolu üçün Bakı bulvarı ərazisində xüsusi qurğular yaradıla bilər ki, turnir başa çatdıqdan sonra onları sökmək olar”.- deyə o qeyd edib.
Nazir həmçinin, son Olimpiya oyunlarının keçirildiyi Böyük Britaniydan da nümunə göstərib. “Orda sonralar istifadə olunmayan qurğular inşa edilmişdi.Buna görə, biz sonralar boş qalacaq lazımsız qurğular inşa etməyəcəyik”.- deyə nazir bildirb.
O söyləyib ki, Olimpiya oyunları ilə əlaqədar Olimpiya şəhərciyi tikilməyəcək. İştirakçılar “Koroğlu” metrostansiyasının yaxınlığında tikilib istifadəyə verilmiş yaşayış binalarında yerləşdiriləcəklər. Şəhərciyin ərazisində məşqlər üçün meydançaların və tibb məntəqlərinin tikilməsi planlaşdırılır.
Öz növbəsində Milli Olimpiya Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, iki il ərzində Azərbaycan olimpiyadada bütün növlər üzrə təmsil olunmaq üçün populyar olmayan idman növlərini də inkişaf etdirməyə çalışacaq.
“Bu günə qədər 13 idman federasiyası Azərbaycanda keçiriləcək Olimpiya oyunlarında iştirak edəcəklərini bildirib, eləcə də 6 idman növünün olimpiya proqramına salınması üçün ərizələr verilib”.- deyə o bildirib. 2013-cü ilin mart ayına qədər hansı idman növlərinin proqrama daxil ediləcəyi barədə yekun qərar veriləcək,Avropa Olimpiya Komitəsi və azərbaycan tərəfibirgə seçim edəcəklər.
Mətbuat konfransı zamanı A.Rəhimov həmçinin oyunların birbaşa yayım hüquqları məsələsinə də toxunub.Onun sözlərinə görə, yayım hüququ Azərbaycana aiddir. “Biz efir vaxtının bir hissəsini Avropa yayım şirkətinə satmaq niyyətindəyik.Təxmini qiymət 43-50 mln. avro təşkil edəcək”,- deyə nazir bildirib.
O əlavə edib ki, beş istiqamət mövcuddur ki, bunlara əsasən Azərbaycanın öz xərclərini örtə bilər. Əsasən də yayım və dünyada tanınmış idman brendlərinin reklamı bu xərcləri örtəcək.Oyunların keçirilməsi nəticəsində Azərbaycanın gəlirləri təxminən 100 mln. avro təşkil edəcək.
“Oyunlarda təxminən 4,2-4,5 min idmançı işçtirak edəcək, oyunların tarixi 2015-ci ikinci yarısına nəzərdə tutulur”,- deyə A.Rəhimov bildirib.
Ermənistanın oyunlarda iştirakı məsələsinə toxunan Ç.Hüseynzadə qeyd edib ki, Azərbaycan Ermənistan və digər ölkələrdən olan idmançıların təhlükəsizliyini təmin edəcək.
Ş.Hüseynzadə bildirib ki, Bakıda Olimpiya oyunlarının keçirilməsi 2017-ci ilə nəzərdə tutulan islam ölkələri arasında Olimpiya oyunlarının keçirilməsini asanlaşdıracaq. “2017-ci il İslamiadasına hazırlıqlar 2015-ci ilə nəzərdə tutulan Avropa Olimpiya oyunlarına hazırlıqla paralel aparılacaq, insan resurslarından 2017-ci il oyunlarında da istifadə etmək olar”.- deyə o bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət