Bolqarıstan və İsveçin XİN başçılarının, həmçinin Polşa Prezident Dəftərxanasının rəhbərinin Azərbaycana səfərinin əsas məqsədi Avropa İttifaqı (Aİ) ilə əlaqələrin genişlənməsi imkanlarının öyrənilməsidir
“Azərbaycan Aİ ilə strateji əməkdaşlığı möhkəmləndirmək istəyir”,- deyə Aqzərbaycan XİN başçısı Elmar Məmmədyarov çərşənbə günü Bakıda Bolqarıstan və İsveçin XİN başçıları Nikolay Mladenov , Karl Bildt və Polşa Prezident Dəftərxanasının rəhbəri Yaçek Mixaylovski ilə keçirilən birgə brifinqdə bildirib.
E.Məmmədyarov energetika sahəsi, Bakı -Tbilisi -Qars dəmir yolu dəhlizi və digər infrastruktur layihələri sahəsində əməkdaşlığı xüsusən qeyd edib
O bildirib ki,nazirlərin görüşündə həmçinin Qarabağ münaqişəsi və münaqişənin nizamlanmasında Aİ-nin rolu, Xəzər hövzəsi regionunda vəziyyət də müzakirə mövzusu olub.
K.Bildt söyləyib ki,nümayəndə heyətinin səfəri Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı bir sıra məsələlərin müzakirəsi ilə bağlıdır.”Eeləcə də Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin müzakirələri də maraq doğurdu. Biz bu dialoqu davam etdirmək niyyətindəyik”,- deyə İsveçin XİN başçısı bildirib.
Bolqarıstan XİN başçısı N.Mladenov bildirib ki, “əməkdaşlığın genişləndirilməsi və mümkün problemlər barəsində Azərbaycanın rəyini bilmək bizim üçün vacib idi”.
“Aİ ölkələri Cənubi Qafqazdakı münqişələrə laqeyd deyillər və bütün potensialdan regionda sülh və sabitliyin bərqərar olması üçün istifadə etməkdə maraqlıdırlar”.- deyə o bildirib.
“Bizim ikitərəfli əməkdaşlığa böyük marağımız var. Həmçinin Cənub dəhlizinin reallaşmasında da maraqlıyıq.Danışıqların nəticəsinə əsasən, biz Avropa bazarına enerji resurslarının daşınması mövzusunda yeni ideyalarla geri dönəcəyik “ deyən N.Mladenov əlavə edib ki, əməkdaşlıq yalnız energetika sahəsində qapanıb qalmamılıdır.
Polşa Prezident Dəftərxanasının rəhbəri Y. Mixaylovski öz növbəsində qeyd edib ki, Aİ Azərbaycanla əməkdalığın səviyyəsinin yüksəlməsində və Azərbaycan biznesinin Avropaya çıxmasında maraqlıdır
Y.Mixaylovski energetika sahəsində əməkdaşlıq məsələsinə toxunaraq qeyd edib ki,”bu yalnız enerji resurslarına bazar axtaran Azərbaycan üçün deyil, diversifikasiya pöroblemindən narahat olan Avropa üçün də vacibdir”.
“ Yazda Vilnüsdə Şərq Tərəfdaşlığı Sammiti olacaq və biz o vaxta qədər əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasında maraqlıyıq. Sənədləri imzalaya bilməyimiz üçün Azərbaycan -Aİ əməkdaşlığının davam etməsi vacibdir”,- deyə Y. Mixaylovski bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət