Azərbaycanda ümummilli lideri Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişafa nail olunub, tikinti-quruculuq işlərinin həcmi genişləndirilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunun Yuxarı Əylis kəndində tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində bəyan edib.
Onun sözlərinə görə, istifadəyə verilən Yuxarı Əylis kənd tam orta məktəbinin yeni binası ulu öndərin müəyyənləşdirdiyi uğurlu təhsil quruculuğu strategiyasının, ölkədə gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının bəhrəsidir.
NMR sədri qeyd edib ki, Yuxarı Əylis kənd tam orta məktəbi 252 şagird yerlikdir. Təhsil ocağında 3-ü elektron lövhəli olmaqla, 14 sinif otağı, kompyuter sinfi, fənn laboratoriyaları, hərbi kabinet, idman zalı, 5 min kitab fondu olan kitabxana var.
2 mərtəbədən ibarət olan məktəb binasında təhsil üçün müasir şərait yaradılıb. Hazırda məktəbdə 103 şagird təhsil alır. Onların 36-sı əlaçıdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur.
Həmin gün Ali Məclisin sədri Yuxarı Əylis kənd və xidmət mərkəzləri, həkim ambulatoriyasının açılışında iştirak edib. O, sosial qayğıya ehtiyacı olan Həsənovlar ailəsi üçün tikilmiş dördotaqlı fərdi yaşayış evinin orderini təqdim edib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət