Azərbaycanda ilk dəfə olaraq ürəkdə unikal cərrahi əməliyyat icra olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Cümə axşamı Respublika Müalicə Diaqnostika Mərkəzində ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstənin tac damarına tam əriyən stent implantasiya edilib.
Əməliyyat ürək-damar cərrahı tibb elmləri namizədi Dr. Rəşad Mahmudovun rəhbərliyi altında invaziv kardioloq tibb elmləri namizədi Dr. Şahin Xəlilov tərəfindən həyata keçirilib.
Tam əriyən stent Abbot Vascular(ABŞ) şirkəti tərəfindən icad edilib. Aparılan təqdiqatlar bu yeni stentlərin metalik stentlərə nəzərən bir çox üstünlüyə malik olduğunu sübut edib. Scaffold bir adi metallic stent kimi öz funksiyasını yerinə yetirir, yəni damarın keçiriciliyini bərpa edir. 2 il müddətində isə scaffold tamamilə əriyərək damarın ilkin sağlam vəziyyətinə qayıtmasını təmin edir.
Məlumatda deyilir ki, Scaffold implantasiyası xüsusən cavan xəstələr üçün çox əlverişlidir. Tibb sahəsindəki aparıcı mütəxəssislərin hesablamalarına görə, tam əriyən stentlər bir neçə il ərzində metallik stentləri tamamilə əvəz edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət