Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Şərur rayonunun Qorçulu kəndində tam orta məktəbin yeni binası, kənd mərkəzi, xidmət mərkəzi və avtomobil yolu inşa edilib. Yeni sosial obyektlərin istismara verilməsi mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
“Ölkəmiz ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində sürətlə inkişaf edərək regionda lider dövlətə çevrilib”, - deyə o, Qorçulu kənd tam orta məktəbinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində bildirib.
“Qorçulu kənd tam orta məktəbinin binası müasir tələblər səviyyəsində qurulub. Təhsil ocağında elektron lövhəli siniflər, kimya-biologiya və fizika laboratoriyaları, kompyuter sinfi, kitabxana və idman zalı var. Yaradılan şərait imkan verəcək ki, məktəbin kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin”, - deyə Ali Məclisin sədri qeyd edib.
198 şagird yerlik məktəb müasir dərs ləvazimatları ilə təchiz olunub, kompyuter otağındakı 15 kompyuter internetə qoşulub. Həyata keçirilən tədbirlər interaktiv tədris metodlarından səmərəli istifadə etməyə imkan verir. Məktəbin kitabxana fondunda 5769 kitab var.
İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi və 60 yerlik zal yerləşir. Mərkəzin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsi lazımi avadanlıq və dərman preparatları ilə təchiz olunub.
Mərkəzdə ərzaq və təsərrüfat malları mağazası, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərir.
Yenidən qurulmuş yolun uzunluğu 3,6 km, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni 7,2 metrdir.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət