Naxçıvan Muxtar Resbublikasının Şahbuz rayonunun Ağbulaq kəndində tam orta məktəb binası, kənd və xidmət mərkəzləri tikilib istifadəyə verilib.Sosial obyektlərin açılış mərasimində Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov da iştirak edib.
“Ölkəmizin bütün regionlarında məktəb tikintisinə xüsusi diqqət ayrılır. Müasir tədris şəraiti yaradılır, yeni məktəb binaları inşa edilir.Çünki, məktəblərə, təhsilə qoyulan kapital ölkənin gələcəyinə xidmət edir”,- deyə V.Talıbov Ağöbulaq kənd tam orta məktəbinin yeni binasının açılış mərasimində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, yeni məktəb müasir tələblər səviyyəsində tikilib, lazım olan hər cür avadanlığla təmin edilib ki, bu da vətənpərvər və savadlı gənclər yetişdirməyə imkan verəcək.
O qeyd edib ki, bu vaxta qədər kənd məktəbinin xüsusi ixtisaslaşdırılmış binası yox idi , dərslər bunun üçün uyğunlaşdırılmış binada keçirilirdi.
Həmin gün Ali Məclisin sədri kənd və xidmət mərkəzlərinin yeni binalarının da açılışında da iştirak edib.
216 şagird üçün nəzərdə tutulan üçmərtəbəli yeni kənd məktəb binasında müasir sinif otaqları, fənn laboratoriyası, hərbi kabinet, kompüter otağı, elektron lövhəli siniflər, hər cür avadanlığla təchiz edilmiş idman zalı, kitabxana mövcuddur.
Kənd Mərkəzində 384 nömrəyə xidmət edən rabitə, polis və baytarlıq məntəqələri, kitabxana, Ərazi inzibati dairə nümayəndəliyi, Yeni Azərbaycan Partiyasının İlkin Ərazi Təşkilatı , kənd bələdiyyəsi, mədəniyyət evi və feldşer- mama məntəqəsinin xitmət göstərməsi üçün müasir şərait yaradılıb.
Xidmət mərkəzində bərbərxana, qadın salonu, ət, ərzaq və təsərrüfat malları dükanları fəaliyyət göstərir.
Naxçıvan MR-in başçısı Ağbulaq Turizm və istirahət kompleksinin son tikinti- tamamlama işlərinin gedişi ilə tanış olub.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət