Azərbaycan Avropa mültikulturalizminin ümid yeridir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə DQİDK sədri Elşad İskəndərov Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Herbert Kvelle ilə görüşdə bəyan edib.
Görüş zamanı E.İskəndərov Azərbaycanda dünyaya nümunə ola biləcək mövcud dinlər və məzhəblərarası tolerantlıq modeli haqqında danışıb.
“Bu təcrübənin daha dərindən öyrənilməsi və tətbiq olunması məqsədilə yaxın zamanda Azərbaycanda milli tolerantlıq mərkəzi fəaliyyətə başlayacaq”, - deyə o bildirib.
Dövlət Komitəsinin sədri deyib ki, mültikulturalizm mühitinin qorunması hər bir müasir dövlətin prioriteti olmalıdır və bu sahədə Avropa ölkəsi olan Azərbaycan bütün qitə üçün bir ümid yeridir.
Görüş zamanı H.Kvelle Azərbaycandakı lüteran kilsəsi icmasının fəaliyyəti üçün yaradılan şəraitdən razılığını ifadə edib. Bundan başqa, Azərbaycanda alman əsilli insanların mənəvi-mədəni irsinin qorunması və tanıdılması barədə fikir mübadiləsi aparılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət