Son 20 ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 mlrd. manat vəsait sərf olunub. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çərşənbə axşamı Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərək bildirib.
"Son 20 ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 mlrd. manat vəsait sərf olunub. Ondan 2 mlrd. manat dövlət büdcəsinin, 1,5 mlrd. manat Dövlət Neft Fondunun, 0,8 mlrd. manat isə ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir", - deyə o qeyd edib.
Komitə sədri qeyd edib ki, ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət 77 qəsəbə salınıb, 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
“Yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilib, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilib, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıb. Bu işlərin 77%-i İlham Əliyevin 9 illik prezidentlik fəaliyyəti dövründə icra olunub”, - deyə Ə.Həsənov söyləyib.
"2012-ci ildə bu məqsədlə ayrılmış 603 mln. manat vəsaitdən 273 mln. manatı büdcə, 300 mln. manatı Dövlət Neft Fondunun və 30 mln. manatı isə beynəlxalq təşkilatların vəsaitidir", - deyə o əlavə edib.
Sədrin sözlərinə görə, dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 ev inşa edilib, cari ildə daha 142 mənzilin tikintisi nəzərdə tutulub.
"Bu, Azərbaycan dövlətinin beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymadığını göstərir", - deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, 2012-ci ildə ölkənin bölgələrində məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilib.
"Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaxın aylarda 2 Bakı şəhəri ətrafında tikilmiş qəsəbələrə köçürüləcək", - deyə baş nazirin müavini qeyd edib.
Beləliklə, 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülüb, 3300 şagird yerlik 6 məktəb inşa edilib.
Ə.Həsənov deyib ki, ötən il hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Bundan başqa, yoxsulluq həddi 18%-dən 15%-ə enib, 9 min nəfər işlə təmin olunub.
"2013-cü ildə də bu məqsədlə 575 mln. manat vəsaitin ayrılacağı nəzərdə tutulub. 237 mln. manat büdcə, 300 mln. manat Dövlət Neft Fondunun, 38 mln. manat isə beynəlxalq təşkilatların vəsaitidir", - deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, bu vəsait daha 20 min nəfərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına imkan verəcək.
Dövlət Neft Fondundan ayrılacaq 300 mln. manat vəsait hesabına Gəncə, Bərdə, İmişli və Balakəndə, eləcə də Müşfiqabad və Masazır qəsəbələrində 3941 ailə və ya 20 min nəfər məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaq”, - deyə baş nazirin müavini bildirib.
"Bakı şəhərindəki yataqxanalardan 90 min nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdırılması və müəyyən iş yerlərinin yaradılması üçün yeni yaşayış massivinin salınması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 380 hektar torpaq sahəsi ayrılıb, əlavə olaraq 120 hektar torpaq sahəsinin ayrılması sənədləşdirilir”, - deyə Ə.Həsənov söyləyib.
O, həmçinin vurğulayıb ki, hərbi hissələrdə, məktəb, bağça, sanatoriya, pansionat, tikintisi yarımçıq qalmış binalarda, zəbt olunmuş mənzillərdə yaşayan 110 min məcburi köçkünün müvəqqəti məskunlaşdırılması üçün əlavə 500 hektar torpaq sahəsinin ayrılmasına ehtiyac var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət