Fransanın Azərbaycandakı səfiri Paskal Monye İrəvandan Dağlıq Qarabağa aviareyisin ilk sərnişinlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ola biləcəyi haqqında Ermənistan tərəfinin bəyanatını qəribə hesab edir.
“Ermənistan tərəfinin təklifi məndə təəccüb doğurur, çünki ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərini təxribatlardan çəkinməyə çağırır”, - deyə P.Monye çərşənbə axşamı jurnalistlərə bəyan edib.
Səfir xatırladb ki, həmsədrlər dəfələrlə Dağlıq Qarabağ münaqişəsi tərəflərini biri-birinə qarşı təxribatçı addımlardan çəkinməyə çağırıb.
Xəbər verildiyi kimi, Nazirlər Kabineti ötən həftə hava məkanında həyata keçirilən uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq edib. Azərbaycanda bunu Ermənistan tərəfinin Dağlıq Qarabağda tikilən aeroportu istifadə vermək vədi ilə əlaqələndirilər. Baxmayaraq ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair vasitəçilər, rəsmi Bakı və digər ölkələrin bu adımım qanunsuz olduğu haqqında bəyanatlarla çıxış ediblər. Bu qərar regionun beynəlxalq səviyyədə Azərbaycanın işğal oluna ərazisi kimi tanınması ilə əlaqədardır. Buna cavab olaraq Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi David Babayan bildirib ki, ilk reysin sərnişinləri məhz ATƏT-in Minsk qrupunun həmsədrləri ola bilər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət