2012-ci ildə Azərbaycanda investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə 160 mln. manat həcmində investisiya qoyulub, bu isə 2011-ci ilin göxtəricisindən 27,3% çoxdur. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.
Komitənin məlumatına görə, 2012-ci ildə Azərbaycanda 600-ə yaxın kiçik müəssisə və obyekt, 620 obyektin torpaq sahələri özəlləşdirilib.
Hesabat ilində respublikada 10 yeni SC yaradılıb, 53 pul və ixtisaslaşdırılmış pul hərraclarında 32 SC-nin səhmləri satılıb.
ƏMDK 2012-ci ildə 150 min daşınmaz əmlak obyektləri üzrə mülkiyyət hüququnu qeydiyyata alıb. Qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin ümumi sayından 42 mini ilk dəfə, 108 mini – təkrar qeydiyyatdan keçib. Həmçinin, hesabat ilində 32 ipoteka müqaviləsi qeydiyyatdan keçib.
Ötən il fiziki və hüquqi şəxslərə dövlət reyestrindən daşınmaz əmlak obyektlərinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair 110 min, 27 min müxtəlif xarakterli ərizə verilib.
Komitənin məlumatına görə, hesabat ilində 140 min daşınmaz əmlak obyektinin texniki pasportu tərtib edilib.
Bundan başqa, ƏMDK 2012-ci ildə dövlət əmlakının, özəlləşdirilməsinin, mülkiyyət hüquqlarının qeydiyyata alınmasının və daşınmaz əmlak kadastrının idarə edilməsinə dair 20-yə yaxın normativ-hüquq xarakterli sənəd layihəsi tərtib edilib.
1 yanvar 2013-cü il tarixinə olan vəziyyətə görə, ümumi ərazisi 113 min 527,65 hektarlıq 27 119 torpaq sahəsi və həmin ərazilərdə yerləşdirilən topraq sahələri üzrə elektron kadastr bazası və kadastr planları tərtib edilib. Qeyd edilən topraq sahələrindən 83 925,32 hektarda 16 930 sahə üzrə kadastr planlarından çıxarışlar hazırlanıb.
Bu tarixə daşınmaz əmlak dövlət reyestrinə 13 841 dövlət müəssisəsi və filialın mülkiyyətində olan 143 837 daşınmaz əmlak obyekti üzrə məlumatlar daxil edilib.
Bundan başqa, 6000 dövlət müəssisə və təşkiilat tərəfindən komitəyə dövlət əmlakının qorunması və onun istifadə vəziyyətinə dair xüsusi illik hesabatlar daxil olub.
2012-ci ərzində ərazidə dövlət əmlakının yerləşməsi ilə vəziyyətinin tədqiqi, onun qorunması və səmərəli istifadəsi, dövlət büdcəsinə ödənilən dividendlərin hesablanması və onların ödənişi ilə bağlı 17o monitorinq keçirilib.
1 yanvar 2013-cü il tarixinə olan vəziyyətə görə, ƏMDK-nin ixtiyarında olan 95 müəssisədən 82-i, dövlət payı ilə 313 SC-dən 268-i illik balans hesabatları təqdim edib.
Bu tarixə ƏMDK-nin ixtiyarında olan 95 müəssisədən 92-i və dövlətin iştirakı ilə 313 SC-dən 309-u inventarlaşmaya dair aktlar təqdim edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət