"Təmiz Şəhər" ASC "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Bakının 7 rayonunda 29 qeyri-qanuni tullantı sahəsi aşkar edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Hər birinin sahəsi 200 m2-dən çox olan qeyri-qanuni tullantı sahəsi paytaxtın Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ rayonlarında aşkar edilib.
"Aparılan hesablamalara əsasən, 160 hektara yaxın ərazini əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib. Ötən ilin avqust ayından etibarən qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülüb, tullantı sahələrinə baxış keçirilib, müvafiq İş Planı tərtib olunaraq, təmizləmə işlərinə başlanılıb", - deyə məlumatda qeyd edilir.
Qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi üçün artıq həmin sahələrdən tullantıların Balaxanı poliqonuna daşınmasına başlanılıb.
Hazırda Sabunçu rayonu ərazisində yerləşən 2 bu cür sahənin tullantılardan təmizlənməsi işləri aparılır. Yaxın günlərdə daha 4 sahənin tullantılardan təmizlənməsi nəzərdə tutulur.
"Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Dünya Bankının ayırdığı $29,5 mln. məbləğində kredit hesabına həyata keçirilir.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz şəhər” SC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında “Təmiz şəhər” ASC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət