Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən baş nazir, parlamentin spikeri, Prezident Adminisrtasiyasnın rəhbəri və digər rəsmi şəxslər Milli Elmlər Akademiyasının prezidenti (AMEA), akademik Mahmud Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar. Bu barədə rəsmi mətbuat məlumat verib.
Respubkilanın tanınmış elm xadimi, AMEA-nın prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimov 10 fevral 2013-cü ildə 65 yaşında dünyasını dəyişib.
M.Kərimov 18 oktyabr 1948-ci ildə İrəvan şəhərində anadan olub. Ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi bitirdikdən sonra 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil alıb. 1975-1978-ci illərdə Azərbaycan EA Radiasiya tədqiqatlar sektorunda aspirant kimi təhsilini davam etdirib.
Orduda xidməti başa vurduqdan sonra M.Kərimov 1973-cü ildən etibarən Azərbaycan EA fizika institutu, mühəndis vəzifəsində çalışıb. 1974-1984cü illərdə Azərbaycan EA Radiasiya tədqiqatlar sektorunda kiçik elmi işçi, elmi katib, direktor vəzifələrini icra edib. 2001-ci ildə Azərbaycan Elmlər Akamiyasının prezidenti seçilən M.Kərimov omrünün sonuna kimi bu postda çalışıb.
Mahmud Kərimov 1979-cu ildə - fizika-riyaziyyat elmləri namizədi, 1989-cu ildə - fizika-riyaziyyat elmləri doktoru, 2000-ci ildə - professor dissertasiyasını müdafiə edib. 2001-ci ildə akademik Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
M.Kərimov radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparıb. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək, beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunub.
M.Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə layihədə respublika alimlərinin fəal iştirakını təmin edib. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü olub.
M.Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri alıb. Milli Elmlər Akademiyasının prezidenti kimi Azərbaycan elminin beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrlə əlaqələrini xeyli genişlənməsinə xidmət edib. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini verib.
M.Kərimov həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. Akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
M.Kərimovun cənazəsi vidalaşmaq üçün 2013-cü il fevralın Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında qoyulacaq. Dəfn mərasimi Fəxri Xiyabanda keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət