Gəncədə fəaliyyət göstərən “DETAL Aluminium Complex” şirkəti 2014-cü ildə istehsalat gücünü illik 100 min tona çatdrmağı planlaşdırır. Bu barədə kompleksin direktoru Cəmil Səfərov “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna məlumat verib.
“Hazırda zavoddun illik istehsalat gücü 50 min tondur. Cari ilin mart ayında tikinti-quraşdırma işləri başlananacaq. Nəticədə 2014-cü ildən istehsalat gücü 100 min ton təşkil edəcək”, - deyə C.Səfərov məlumat verib.
Kompleksin ərazisində iki zavod tikilir. Hazırda 700 nəfər tikinti işlərinə cəlb edilib, onların orta aylıq əmək haqqı 450 manat təşkil edir.
Kompleksdə ekoloji standartlara cavab verən ən müasir texnoloji avadanlıq quraşdırlıb.
“Zavoda Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolıstan, Latviya, Venesuela və Tacikistandan 15 adda xammal tədarük edilir. Zavod ölkənin artan alümini məhsullarına olan tələbatı təmin edəcək. Gələcəkdə 1 mln. ton polad istehsal etmək planlaşdırılır”, - deyə müəssisənin direktoru bildirib.
“DET-AL Aluminium Complex”in təməlqoyma mərasimi 2008-ci il martın 3-də olub. Zavodun illik 50 min ton alümini istehsal gücü ilə birinci mərhələsi 2011-ci il oktyabrın 1-də istifadəyə verilib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət