Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov əqli mülkiyyət hüquqlarının pozulması ilə mübarizənin gücləndirilməsi üçün ayrıca dövlət strukturların yaradılmasını təklif edir.
“Nazirlər Kabineti yanında şura yaratmaq olar ki, bura ekspertlərimizlə yanaşı hüquq-mühafizə orqanlarının nümayndələri də daxil olacaqlar. Şura məsləhətçi xarakter daşıyacaq”, - deyə K.İmanov çərşənbə günü “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” haqqında Qanunun icrasında hüquq-mühafizə orqanlarının rolu” mövzusunda beynəlxalq seminarda bildirib.
İdarə rəhbəri həmçinin Ruisyanın təcrübəsindən istifadə etməyi təklif edib. Burada əqli mülkiyyət hüquqlarının pozulması ilə mübarizə aparan DİN orqanlarında xüsusi strukturlar fəaliyyət göstərir. “Rusiya uzun müddətdən sonra DİN-də bu strukturların yaradılmasına nail oldu. Biz də həmçinin polisdə bu cür bölmələr yarada bilərdik. Bu piratçılığa və əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı mübarizəmizin güclənməsinə gətirəcək”, - deyə MHA sədri izah edib.
K.İmanov hesab edir ki, “müasir dövrdə müəllif hüquqları hər addımda pozulur və bunu ən inkişaf edən ölkələrin nümunəsində görmək mümkündür”. “Piratçılığa qarşı mübarizə sistemi dünya miqyasında iflasa uğramaq səviyyəsindədir. Müəllif hüquqları hər addmda pozulur. Bu cür halları hətta dünya miqyasında ən inkişaf edən Skandinaviya ölkələrində də görmək olar”, - deyə o qeyd edib.
Eyni zamanda K.İmanov müəllif hüquqlarının pozulmasına qarşı mübarizə sahəsində ABŞ-ın praktika və təcrübəsini ən yaxşı hesab edir. “ABŞ müəllif hüquqlarını qeydiyyata almağa vadar edir. Bizdə isə bu prosedur mütləq deyil. Lakin, müəllif hüquqlarının qeydiyyata alınması arzuolunmaz nəticələrin qarşısını alır. Həm də qeydiyyat üçün dövlət rüsumu cəmi 5 manatdır, bu isə o qədər böyük məbləğ deyil”, - deyə idarə rəhbəri vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət