Lənkəran rayon İcra hakimiyyətinin iclasında 2012-ci ildə bu rayonun sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunün müxbiri məlumat verib.
Lənkəran rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, ötən il ərzində Heydər Əliyev Mərkəzi və Bayraq Meydanı təkrar inşa edilərək istifadəyə verilib.
“Gənclərin boş vaxtlarının səmərəli keçirmələri üçün Gənclər Mərkəzinin tikintisi başa çatmaq üzrədir”, - detə T.Qaraşov bildirib.
O cümlədən, rayonun üç kəndində yeni məktəblər istifadəyə verilib.
“Təhsilin yaxşıladırılması üçün Girkan kəndində 480 nəfərlik, Xarxatan kəndində 360 nəfərlik, Şilavar kəndində 220 nəfərlik yeni məktəblər inşa edilib”, - deyə T.Qaraşov qeyd edib. O qeyd edib ki, iki uşaq bağçası əsaslı təmir edilib, Mərkəzi rayon xəstəxanası, Vilvan və Bəliton kənd məktəblərində təmir işləri davam edir
Hesabat dövrü ərzində yollara asfalt döşənib, bir neçə kənd qazlaşdırılıb, rayonun 45 kəndində qaz tədarükü üçün işlər davam etdirilir.
Dövlət Proqramı əsasında su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işi aparılır, su təmizləyici qurğular inşa edilib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət