S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında iki premyeranın vaxtı müəyyən edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Belə ki, martın 29-da Azərbaycanın xalq artisti Aleksandra Nikuşinanın yubileyinə həsr olunan Vasili Siqarevin “Yalan detektoru” pyesi əsasında tamaşanın premyerası olacaq.
Quruluşçu-rejissor – Azərbaycanın xalq artisti Aleksandr Şarovski, quruluşçu-rəssam – Nikita Sazonov (Rusiya), geyimlər üzrə rəssam – Olqa Abbasova, muaiqi tərtibatı – Vladimir Neverovdur (Aərbaycanın əməkdar incəsənət işçisi).
Tamaşada Azərbaycanın xalq artistləri Aleksandra Nikuşina, Yuri Baliyev, Səfa Mirzəhəsənov çıxış edirlər.
Növbəti premyera aprelin 14-də baş tutacaq. Quruluşçu-rejissor İlqar Safat Ceyn Ostinin məşhur “Qürur və qərəz” romanı əsasında tamaşa hazırlayacaq.
Tamaşanın rəhbəri – A.Şarovski, quruluşçu-rəssam – Nikita Sazonov (Rusiya), geyimlər üzrə rəssam – Olqa Abbasova, musiqi trtibatı – İlqar Safat, xoreoqrafiya – Mariya Dubovitskayadır.
Tamaşada Azərbaycanın əməkdar artistləri – Ömür Nağıyev, Natalya Baliyeva, o cümlədən teatrın artistləri İnna İmranova, Olqa Arsentyeva, Mariya Dubovitskaya, Fatimə Əliyeva, Olesya Qasımova, Yeganə Hüseynli, Oleq Əmirbəyov, Yuri Omelçenko, Ramil Əliyev, Yaroslav Trifonov, Milana Mardaxanova, Teymur Rəhimov, Aleksey Saprıkin, Bella Klimaşeva, Fəridə Nesterenko, Lalə Rüstəmiova, Maya Vorobjanskaya, Rüstəm Kərimov, Fərid Bəhramov çıxış edirlər.
Biletlər teatrın və şəhərin mərkəzləşdirilmiş kassalarında artıq satışdadır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət