Xalq yazıçısı İlyas Əfəndiyevin pyesləri hər zaman aktualdır. Bu barədə xalq artisti Aleksandr Şarovski İ.Əfəndiyevin 100 illiyinə həsr olunmuş “Büllur sarayda” tamaşasının premyerası ilə əlaqədar cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
“İlyas Əfəndiyev hələ sağlığında klassik kimi şöhrət qazanmışdı, klassika isə həmişə müasirdir. Onun əsəri əsasında tamaşa qoymaq böyük məsuliyyətdir. Yazıçının pyesləri hər zaman aktualdır”,- deyə rejissor söyləyib.
Onun sözlərinə görə, pyesdə hər zaman aktual olan bir sual önə çəkilir: nə daha vacibdir? Maddi rifah yoxsa insan duyğuları?
“Hər kəs oddan-alovdan keçməyə qadir deyil, bu gün təəssüf ki, sevgi və dostluq kimi insani hisslər qiymətdən düşür”, - deyə A.Şarovski bildirib.
O, həmçinin söyləyib ki, tamaşada çoxlu sayda aktyor iştirak edir.
“Müəllif müxtəlif xarakterlər qalereyası yarada bilib”,- deyə o əlavə edib.
Rejissor söyləyib ki, tez-tez xarici teatr ustaları əməkdaşlığa dəvət edilir. Lakin bu dəfə “bu işin öhdəsindən öz gücümüzlə gəlməyə qərar verdik”.
“Dekorasiya üzrə rəssamlar Səkinə Zeynalova və Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova lazımi mühit yarada bildilər”,- deyə rejissor bildirib.
Onun sözlərinə görə, tamaşaya musiqini Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Gərayzadə bəstələyib, mahnının sözlərini İrina İvanova yazıb. “Məhhəbbət haqqında mahnı qəhrəmanları bütün tamaşa boyu müşayiət edir, mahnının sözləri çox ürəkdən gəlir, səmimidir”,- deyə A.Şarovski bildirib.
Rejissor qeyd edib ki, tamaşada baş rolları teatrın gənc aktrisası Həcər Ağayeva və Cövdət Şükürov oynayırlar. “Yeri gəlmişkən, bu, Cövdətin debütü olacaq, o, bizim kollektivimizə kinodan gəlib”, - deyə rejissor bildirib.
H.Ağayeva, öz növbəsində qeyd edib ki, teatr istənilən aktyor üçün böyük məktəbdir.
“İ.Əfəndiyevin əsərində rol almaq böyük şərəf və məsuliyyətdir. Bu pyes ölkənin bir çox teatrlarında nümayiş etdirilib, baş qəhrəmanın rolunu da çox görkəmli aktyorlar ifa ediblər”,- deyə aktrisa vurğulayıb.
“Kollektivimizin yaşlı nəsli gənc aktyorları dəstəkləyir, bizi yönəldir və kömək edirlər. Teatr olmadan aktyor kimi yetişmək mümkün deyil, teatrda qazanılan təcrübə kino sahəsində də kömək edir”,- deyə H.Ağayeva bildirib.
Bununla əlaqədar olaraq A.Şarovski əlavə edib ki, teatr onun üçün birinci yerdə durur, aktyor “ teatrda çəkdiyi zəhmət hesabına böyük təcrübə toplayır”.
Gənc kadrlar haqqında suala cavab verən rejissor teatrda gənc aktyorların yetişdirildiyi studiya barəsində danışıb. “Məktəbi bitirdikdən sonra bizim studiyaya gəlirlər və burada bir il oxuyurlar. Bu metodu daha effektiv hesab edirəm. Axı aktyorluq sənətdir, yəni müəyyən bilik və bacarıqlar toplusudur, bu dövrdə diplomun heç bir əhəmiyyəti yoxdur”,- deyə rejissor qeyd edib.
“Aktyorların maaşı çox deyil, onları tamaşaçıların sevgisi, şöhrət və çiçəklər ayaqda saxlayır”, - deyə o əlavə edib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət