Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Alzas regionunun Kolmar şəhərində “Azərbaycan günləri”təşkil edilib. Bu barədə rəsmi KİV məlumat yayıb.
Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində keçirilən tədbir ölkəmizin tarixini və mədəni dəyərlərini əks etdirən sərginin açılışı ilə başlayıb.
Şəhər merinin müavini Marianna Şelkova Azərbaycanın yalnız yeraltı təbii sərvətləri ilə deyil, eyni zamanda, zəngin tarixi və mədəni irsi ilə də Qafqazın mirvarisi olduğunu diqqətə çatdırıb.
O Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın qədim “İpək yolu” üzərində yerləşməsi sayəsində mühüm strateji əhəmiyyət daşıdığını vurğulayıb. M.Şelkova xalqların bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin misilsiz rol oynadığını qeyd etmişdir.
Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini Fransanın region və əyalətlərində daha yaxından tanıtmaq məqsədi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyini və bu layihənin 2012-ci ilin sonlarından başlayaraq həyata keçirildiyini xatırladıb .
Layihəyə əsasən, “Azərbaycan günləri”nin Kolmardan bir qədər əvvəl Alzas regionunun daha iki şəhərində - Müluz və Strasburqda da keçirildiyini bildirilib.
Alzas Regional Şurası prezidentinin birinci müavini, senator Andre Reşard çıxışında bir qrup senator həmkarları ilə Azərbaycana səfərini və bu səfərdən aldığı yüksək təəssüratı xatırladıb.
O Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq nəinki neft sərvəti, habelə zəngin mədəni dəyərləri ilə artıq dünyada tanındığını, ölkəmizdə turizmin inkişafının fransızların bu ölkə ilə yaxından tanış olmalarına imkan yaratdığını bildirib. O, xalqların bir-birini yaxından tanımaq istiqamətində səy göstərilməsinin vacibliyini söyləyib.
Fevralın 24-dək davam edəcək sərgidə xalqımızın tarixini, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunur.
Şəhərin bələdiyyə teatrında təşkil olunan Azərbaycanın caz musiqisindən ibarət konserti açıq elan edən şəhərin meri Jilber Meyer Azərbaycanın mədəni dəyərlərinin kolmarlılarda xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirmişdir. O, ölkəmizin tarixini, mədəni dəyərlərinin zənginliyini diqqətə çatdırmış, sərgidə nümayiş etdirilən eksponatların - qadın geyimlərinin, xalça və xurcunların, musiqi alətlərinin Azərbaycanın qədim tarixə malik ölkə kimi xarakterizə etdiyini vurğulayıb.
Caz musiqisinin Azərbaycanın zəngin mədəni ənənələrindən xəbər verdiyini xatırladan E.Əmirbəyov caz-muğamın tanınmış azərbaycanlı cazmenler Vaqif Mustafazadənin və Rafiq Babayevin adları ilə bağlı olduğunu, klassik cazla ənənəvi muğam musiqisinin improvizə edildiyini diqqətə çatdırmış, beynəlxalq caz musiqisi festivallarında müvəffəqiyyətlə çıxış edən gənc azərbaycanlıların Bakı Caz Məktəbinin yetirmələri olduğunu və hazırda ölkəmizdə bu musiqinin inkişaf etdiyini qedy edib.
Konsertdə gənc incəsənət ustalarının ifasında xalq mahnıları ilə bərabər Avropa caz ustalarının əsərləri də ifa edilmişdir. Gənc ifaçıların çıxışı tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət