Cənubi Qafqazdakı enerji layihələrinin həyata keçirilməsi üçün Vaşinqtonun siyasi dəstəyinə ehtiyac var.Azərbaycanın ABŞ-dakı səfiri Elin Sülüymanov Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin (AİPAC)İllik Siyasi Konfransında çıxışı zamanı belə söyləyib.
Azərbaycan səfirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Azərbaycanın ABŞ və İsraillə münasibətləri haqqında məlumat verən E. Süleymanov İsrail ikitərəfli münasibətlərinin tarixindən bəhs edərək, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirib.Tarixən yəhudi əhalisinin əksəriyyətin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunu və qəhrəmanlıqla şəhid olması faktını Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd edib.
Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulayıb, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini deyib.
Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 %-nin Azərbaycan tərəfindən ödənildiyini bildirən diplomat yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmini qeyd edib.
Qeyd edək ki, ABŞ-dakı yəhudi icmasının ən genişmiqyaslı toplantısı olan İllik Siyasi Konfransda bütün ştatlardan13 mindən çox nümayəndə iştirak edir. Konfransın bu ilki əsas çıxışçıları sırasına ABŞ-ın vitse-prezidenti Co Bayden, İsrailin müdafiə naziri Ehud Barak, Kanadanın xarici işlər naziri Con Beyrd daxildir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət