Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Lerik rayonuna səfəri çərçivəsində Mərkəzi Rayon Xəstəxanasının pediatriya şöbəsinin təmiri layihəsinə dair qrant sazişinin imzalanması mərasimində iştirak edib. Bu barədə çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Sənəd Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində imzalanıb. Dəyəri 123 min ABŞ dollarından çox olan layihənin əsas məqsədi Lerikdə və qonşu yaşayış məntəqələrində uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. Yaponiya hökumətinin Lerikdə həyata keçirdiyi və sayca üçüncü olan layihənin 22 min uşağı əhatə edəcəyi nəzərdə tutulur.
Sənədin imzalanmasından sonra çıxış edən səfir Lerik rayonunun təbiətinə valeh olduğunu bildirib və bölgəyə gələcəkdə də səfər edəcəyinə söz verib.
Diplomata əl ilə toxunmuş xalça hədiyyə edilib.
Azərbaycanın cənubuna səfəri çərçivəsində Yaponiya səfirinin qonşu Lənkəran rayonuna da gedəcəyi gözlənilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət