AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Adil Qəribov Müstəqil Dövlətlər Birliyinin Fəxri fərmanı ilə təltif edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Adil Qəribov Müstəqil Dövlətlər Birliyininə üzv dövlətlərdə Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi sahəsində əməkdaşlığın inkişafına göstərdiyi xidmətlərə görə mükafatlandırılıb. A.Qəribova mükafatı Müstəqil Dövlətlər Birliyininin İcraiyyə Komitəsinin sədri Serqey Lebedev təqdim edib.
A.Qəribovun rəhbərliyi altında AMEA Radiasiya Problemləri İnstitutunda 10 ildən artıq dövrdə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi üzrə müasir və beynəlxalq miqyaslı elmi-tədqiqat işləri aparılır.
İnstitutda, həmçinin atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə MDB-yə üzv dövlətlərlə əməkdaşlıq sahəsində mühüm işlər görülür
A.Qəribov 1970-ci illərin əvvəlində Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib, 1979-cu ildə - dissertasiya müdafiə edib. 1977-ci ildən etibarən Radiasiya Tədqiqatları Sektorunda çalışıb. 1990-cı ildən etibarən bu sektorun heterogen sistemlərin radiasiya kimyası qrupuna rəhbərlik edib. Bu qrup 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutuna çevrilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət