Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Tədbir Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilir.
Konfransda 54 ölkənin nümayəndələri, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi iştirak edir.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, son illər dünyada baş verən təbii fəlakətlərdə yüz minlərlə insan həlak olub, dövlətlərə böyük zərər dəyib.
“Son illər artan risklər şəraitində əhalinin həyat təhlükəsizliyini təmin etmək vacib şərtlərdəndir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında əlaqələrin qurulmasından 20 il ötür və bu dövrdə tərəflər arasında sıx əməkdaşlıq yaranıb.
“Azərbaycan fövqəladə hallar riskinin yüksək olduğu zonada yerləşir. Burada təbii risklərlə yanaşı, potensial təhlükə yaradan obyektlər də mövcuddur”, - deyə nazir vurğulayıb.
O deyib ki, FHN bir çox nüfuzlu beynəlxalq təşkilat və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlıq edir: “Beynəlxalq xilasetmə əməliyyatlarında iştirak etmək üçün ən müasir avadanlıqlarla, təyyarə və helikopterlərlə təchiz olunmuş xüsusi xilasetmə dəstələri yaradılıb.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi çıxışında qeyd edib ki, konfransda 155-dən artıq nümayəndə iştirak edir və bu konfrans təşkilatın tarixində dönüş nöqtəsi olacaq, üzv dövlətlərin səylərinin birləşdirilməsinə öz töhfəsini verəcək.
Konfrans çərçivəsində Bakıda FHN-in qüvvə və vasitələrinin cəlb olunması ilə xüsusi taktiki təlim keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət