Azərbaycan hökuməti 2009-2012-ci illərdə regionların sosial-iqtisadi inkişafının təmin edilməsinə 16 mlrd. manatdan çox vəsait yönəldib. Bu barədə Azərbaycanın baş naziri Artur Rasizadə parlamentdə 2012-ci ilin yekunlarına dair hökumətin hesabatının müzakirəsi zamanı bəyan edib.
"2012-ci ildə Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına investisiyalar 4,7 mlrd. manat təşkil edib. Ümumilikdə, 2009-2012-ci illərdə regionların inkişafına 16 mlrd. manatdan çox vəsait yönəldilib, bu isə regionların inkişafdı üzrə birinci dövlət proqramı (2004-2008-ci illər üçün- İF-Az) xərclərini 2,4 dəfə ötür”, - deyə A.Rasizadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti enerji təminatı, istilik təchizatı, su təchizatı sisteminin modernləşdirilməsi, sosial infrastrukturun tikintisi və bərpası, Bakı və ətraf qəsəbələrin inkişafı üçün avtomobil yollarının tikintisinə fəal investisiya yatırır.
A.Rasizadə əlavə edib ki, ümumilikdə, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində (2011-2013-cü illər üçün) investisiyalar 2,1 mlrd. manat təşkil edib.
Baş nazir vurğulayıb ki, son 10 il ərzində hökumət 500-dən artıq səhiyyə obyektinin tikintisi və bərpa edilməsini təmin edib.
Onun sözlərinə görə, hökumət 2012-ci ildə respublikada sahibkarları biznesin inkişafı üçün güzəştli kreditlərlə təmin edib. “Ötən il Azərbaycanda sahibkarlar SKMF xətti ilə 218 mln. manat məbləğində güzəştli kredit əldə ediblər. Ümumilikdə, son illər ərzində SKMF xətti ilə sahibkarların kreditləşməsinin həcmi 1,2 mlrd. manat təşkil edib”, - deyə o qeyd edib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət