Azərbaycan rəhbərliyi ölkədə idmanın inkişafına böyük diqqət ayırır. Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un bu gün Bakıda keçirilən altıncı hesabat-seçki konfransında bəyan edib.
“Son dörd il ərzində Azərbaycanda Olimpiya Hərəkatı uğurla inkişaf edir. Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında, Vankuver Qış Olimpiya Oyunlarında, Sinqapurda Yeniyetmələrin I Olimpiya Oyunlarında iştirak ediblər”, - deyə MOK-un vitse- prezidenti vurğulayıb.
Onun sözlərinə görə, 2012-ci il London Yay Olimpiya Oyunlarında idmançılarımızın iştirakı xüsusilə uğurlu olub. “London Olimpiya Oyunlarında Azərbaycan üçün rekord sayda - 53 idmançı iştirak edib, onlar bu yarışlarda ikisi qızıl olmaqla on medal qazanıblar. Bizim Olimpiya yığmamız komanda hesabında 30-cu, medalların sayına görə isə 24-cü yeri tutub”,- deyə o qeyd edib.
“Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında 12 idmançımız iştirak edib. Yığma komandamız orada 5 qızıl medal qazanıb”,- deyə MOK-un vitse-prezidenti əlavə edib.
Ç.Hüseynzadə 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsini əlamətdar hadisə adlandırıb.
“Bu, həm Avropa, həm də bizim ölkəmiz üçün vacib hadisədir. Azərbaycan Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmiş ilk dövlət kimi tarixə düşəcək”, - deyə o vurğulayıb.
Ç.Hüseynzadə Azərbaycanın geniş beynəlxalq əlaqələri olduğunu söyləyib. “MOK bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayı ildən-ilə artır. Hesabat dövründə biz bir sıra dövlətlərin Milli Olimpiya komitələri ilə anlaşma memorandumları imzalamışıq”, - deyə o qeyd edib.
Vitse-prezident, həmçinin söyləyib ki, ölkədə idmanın müxtəlif növlərinə, eləcə də gənclərin bədən tərbiyəsi və idmana cəlb edilməsinə böyük diqqət ayrılır.
“Hazırda Azərbaycanda 35 Olimpiya Mərkəzi fəaliyyət göstərir. Yeni stadionlar tikilir”, - deyə o bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət