Asiya İnkişaf Bankı (AİB) 2013-cü ildə Azərbaycanda ÜDM artımını 3,1% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın saytında dərc edilmiş Asian Development Outlook 2013 hesabatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin oktyabr ayında AİB 2013-cü ildə Azərbaycanda ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırıb.
2014-cü ilə AİB Azərbaycanda ÜDM artımını 4,8% səviyyəsində proqnozlaşdırır.
AİB 2013-cü ilə Azərbaycanda inflyasiyanın səviyyəsi üzrə proqnozu dəyişməz (6%) saxlayıb. Gələn ilə bank respublikada inflyasiyanı 7% səviyyəsində proqnozlaşdırır.
AİB 2013-cü ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 13%-i, (oktyabr ayının proqnozu 17%), 2014-cü ildə ÜDM-in 17%-i səviyyəsində proqnozlaşdırır.
Bank 2013-cü ildə Ermənistanda ÜDM-in artımını 4,5%, 2014-cü ildə 4,6% (inflyasiya müvafiq olaraq 3,6% və 3,2%) səviyyəsində proqnozlaşdırır. Cari ildə Gürcüstanda ÜDM-in artımı 5,5%, gələn il 6% (inflyasiya müvafiq olaraq 3% və 4%) səviyyəsində proqnozlaşdırır.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2013-cü il üçün ÜDM artımını 5,3% səviyyəsində proqnozlaşdırır.
Dünya Bankı 2013-cü ilə Azərbaycanda ÜDM artımını 4,2% səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq Valyuta Fondu 2013-cü ildə Azərbaycanda ÜDM artımını 4,5% səviyyəsində proqnozlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü il üçün Azərbaycanda ÜDM-in 4% artacağını proqnozlaşdırır.
2012-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM 2,2% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət