Yalnız xalqına fayda verən alim din xadimi sayıla bilər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bəyan edib.
“Xalqına faydası toxunan şəxs alimdir. Mən din xadimlərini birliyə çağırıram”, - deyə A.Paşazadə çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd peyğəmbərin qızı Fatimeyi Zəhranın vəfatının növbəti ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib.
“Biz keçmişə nəzər salaraq gələcəyi qiymətləndirə bilərik. Bəzi gənclərimiz təhsilli olsalar da, ölkənin və xalqın tarixi ilə tanış deyillər. Sovet hakimiyyəti dövründə dini etiqadlara qadağalar qoyulmuşdu, lakin bu gün biz dini günlərimizi açıq şəkildə qeyd edə bilərik”, - deyən QMİ sədri əlavə edib ki, peyğmbərin qızının şəhadət günü artıq 14 ildir ki, ölkəmizdə qeyd edilir.
A.Paşazadə Azərbaycanın qonşu dövlətlərlə, xüsusən də İranla münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
“İran İslam Respublikası ilə ikitərəfli dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirmək müsəlmanın borcudur”, - deyə o vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət