Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov müasir xəvaric ideyalarının daşıyıcılarını tənqid edib.
“Azərbaycanda dini dözümlülüklə bağlı vəziyyətin yüksək səviyyədə olmasından tez-tez söhbət açılır. Əslində bu, Azərbaycanda dözümlülük məsələlərinin səviyyəsini əks etdirmək üçün zəif ifadədir. Ölkədə tolerantlığın çox dərin tarixi kökləri var. Əsrlər boyu burada müxtəlif dini etiqadları olan insanlar dinc və yanaşı yaşayıblar”, - deyə E.İskəndərov cümə günü Şamaxıda “Dövlət-din münasibətləri: maarifləndirmə işi” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O, əsl dini dəyərlərin təhrif edilməsinin yolverilməz olduğunu bildirərək, tarixi xəvariclər cərəyanının fəaliyyəti barədə xatırladıb. E.İskəndərov qeyd edib ki, onların düşüncə tərzinə bəzi dini cərəyanlarda rast gəlinir.
“Bu cür ideyaları daşıyanlar, bir qayda olaraq onlarla eyni fikirdə olmayan insanları ləkələyir, cəmiyyətdə hərc-mərclik yaradır, radikalizm toxumları səpirlər. Bu cür hallara yol vermək olmaz. İdraka və təfəkkürə əsaslanmayan din müəyyən edilmiş həddən kənara çıxır”,- deyə o bildirib.
Komitə sədri həmçinin məscidlərin imam və axundları üçün vahid dini vəsaitlər məsələsinə də toxunub. Onun sözlərinə görə, bir sıra din xadimləri “Axund və imamlar üçün xütbə nümunələri” kitabını tənqid edirlər.
“Əslində bu kitabla tanış olmayanlar belə danışırlar. Kitabda həm şiə, həm də sünni məzhəbləri üçün mövzular əks etdirilir. Qeyd etmək lazımdır ki, kitab köməkçi və tövsiyə xarakteri daşıyır və heç bir halda imam və axundların azadlığını məhdudlaşdırmır”, - deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət