Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti şeyx Əhməd Tamim MDB ölkələrini ekstremist cərəyanlarla mübarizədə birləşməyə çağırıb.
“SSRİ dağıldıqdan sonra MDB-də müxtəlif cərəyanların missionerləri meydana gəliblər. Onların hər biri öz nümayəndələrini xaricdə təhsil almağa göndərib. Onların əksəriyyəti unudublar ki, MDB ölkələri çoxəsrlik islam sivilizasiyasına malik olan ölkələrdir. Bu, çoxmillətli, çoxkonfessiyalı, çoxetnik və çoxmədəniyyətli cəmiyyətin birləşdiyi yerdir”, - deyə Ə.Tamim çərşənbə axşamı Bakıda keçirilən MDB Müsəlmanları Məşvərət Şurasının "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" adlı konfransında bəyan edib.
Onun sözlərinə görə, “MDB məkanında müsəlmanlar bütün tarix boyu dinc şəkildə bir yerdə yaşamalarına və bütün bəşəriyyətin mədəniyyətinin inkişafına görə nümunə olublar”.
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri bəyan edib ki, son 20 il ərzində MDB məkanında missionerlərin fəaliyyətinin təhlil edilməsi zərurəti mövcuddur. “MDB məkanında kimin nə ilə məşğul olması və onların fəaliyyəti nəticəsində xaricdə hansı kadrların hazırlanmasını təhlil etmək lazımdır”, - deyə o vurğulayıb.
“Biz vəhhabilərin fəaliyyəti nəticəsində Qafqazda, Tacikistanda nə baş verdiyini, Asiyada «Hizbu-Təhrir» təşkilatının fəaliyyətinin nəyə səbəb olduğunu bilirik”. Onların fəaliyyətinin nəticələrini Yaxın Şərqdə baş verən hadisələrə görə də qiymətləndirə bilərik. Bu səbəbdən bir halda ki, bu, praktik konfrans və MDB Müsəlmanları Məşvərət Şurasıdırsa, o zaman hesab edirəm ki, birgə addımların müəyyən edilməsi zəruridir”, - deyə müfti bəyan edib.
“Dinc şəkildə bir yerdə yaşama və qarşılıqlı anlaşmanın inkişafı və tərəqqi üçün biz bir müsəlman kimi bu cərəyanlarla bağlı dəqiq mövqe tutmalıyıq. Bundan başqa, vahid dini təhsil sistemi hazırlamalıyıq. Kadrlarımızı hara göndərəcəyimizdən asılı olmayaraq, onların hansı dini tərbiyə aldığını bilməliyik. Biz Ukraynada müsəlman cəmiyyətini birləşdirə bildik, belə ki, ekstremist cərəyanlara qarşı bu dəqiq mövqeni tutduq”, - deyə Ə.Tamim qeyd edib.
Bundan başqa, Ə.Tamim hesab edir ki, dini kitablarda nəşr olunan materiallara nəzarəti gücləndirmək lazımdır. O, həmçinin ekstremizmə qarşı mübarizə üçün dialoqun vasitə kimi əhəmiyyətini qeyd edib. “Bu işdə KİV mühüm rol oynayır. Qarşımızda ciddi məsələr durur. Hesab edirəm ki, Məşvərət Şurası müsəlmanların birləşməsi istiqamətində çalışmalıdır”, - deyə o bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət