Azərbaycan hakimiyyəti bundan sonra da şahmatın və müvafiq infrastrukturun inkişafına, beynəlxalq səviyyəli şahmatçıların, məşqçi və hakimlərin hazırlanmasına diqqət ayıracaq. Bu barədə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bəyan edib.
“Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” qəbul edilib”, - deyə V.Talıbov Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” beynəlxalq şahmat festivalının açılış mərasimində bildirib.
V.Talıbovun sözlərinə görə, bu, ölkədə şahmatın inkişafına, idmanın bu intellektual növünün maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsinə göstərilən diqqətin parlaq təzahürüdür. “Naxçıvan MR-də şahmat infrastrukturunun yaradılması, şahmatla bağlı məlumatlandırma, mararifləndirmə və təbliğat işinin gücləndirilməsi, şahmat dərslərinin təşkilində qabaqcıl texnologiyanın tətbiqi diqqət mərkəzində saxlanılır”, - deyə Naxçıvan MR başçısı qeyd edib. O söyləyib ki, Naxçıvan şəhərində Şahmat Mərkəzi fəaliyyət göstərir, bütün rayon mərkəzlərində isə şahmat məktəbləri tikilib, onlar sürətli internet və müasir informasiya texnologiyaları ilə təchiz ediliblər, ümumtəhsil məktəblərində şahmat dərsləri tədris edilməyə başlayıb. “Hazırda 293 qrupda 3 mindən çox məktəbli xüsusi şahmat dərsləri alır, bundan başqa, bütün ümumtəhsil məktəblərində şahmat dərsləri keçirilir. Bir sözlə, şahmat ən populyar idman növlərindən birinə çevrilib”, - deyə V.Talıbov vurğulayıb.
Mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, respublikanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan idmançıları, o cümlədən şahmatçılar tərəfindən qazanılan uğurlardan danışaraq Naxçıvan MR-də keçirilən “Naxçıvan Open-2013” beynəlxalq şahmat festivalının əhəmiyyətini qeyd ediblər.
Təntənəli açılş mərasimindən sonra “Naxçıvan Open-2013” beynəlxalq şahmat oyunlarına strart verilib. Naxçıvan MR başçısı və Azərbaycan Şahmat Federasiyasının prezidenti turnirin başlanmasını bildirən ilk rəmzi gedişləri ediblər.
“Naxçıvan Open-2013” beynəlxalq şahmat festivalında 16 ölkədən 260-a yaxın şahmatçı iştirak edir. Yarışda 31 beynəlxalq qrossmeyster, 13 beynəlxalq şahmat ustası və 5 FİDE ustası şəxsi əmsallarına görə “A”, “B”, “C” yarımqruplarında mübarizə aparacaqlar. İsveçrə sistemi üzrə keçiriləcək beynəlxalq festival 9 turdan ibarət olacaq və mayın 2-də yekunlaşacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət