“Azəryolservis” ASC Azərbaycanın avtomobil yollarının institusional gücləndirilməsi layihəsi çərçivəsində məsləhətçi seçir. Bu barədə ASC-nin elanında deyilir.
Məsləhətçinin xidmətlərinə “Azəryolservis”in pilot layihələri çərçivəsində texniki xidmətlər üzrə müqavilənin həyata keçirilməsinin yoxlanılmasına kömək göstərilməsi və yol örtüyünün keyfiyyətinin yoxlanılması üçün tədqiqatların aparılması daxildir.
İşlərin başlanma müddəti 2013-cü ilin oktyabr ayı, yerinə yetirilmnə müddəti 1 ildir.
Görüləcək işlərin dəyəri ƏDV nəzərə alınmadan 500 min avro təşkil edir.
Seçimdə iştirak etmək istəyən şirkətlər ərizələrini mayın 24-nə qədər təqdim etməlidirlər. Ərizələr təqdim edildikdən sonra tenderdə iştirak etmək üçün rəsmi dəvətnamələr göndəriləcək şirkətlərin qısa siyahısı tərtib ediləcək.
Azərbaycanın avtomobil yollarının institusional gücləndirilməsi layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 6-da AYİB Direktorlar Şurası Azərbaycanda avtomobil yollarının yaxşılaşdırılması üzrə layihələrin maliyyələşdirilməsi üçün $750 mln. məbləğində vəsait ayırıb. AYİB kredit vəsaitlərini hər biri $250 mln. məbləğində olan üç tranşla təqdim edəcək. 2011-ci ilin dekabr ayında Azərbaycan hökuməti və AYİB $250 mln. məbləğində ilk tranşın ayrılmasına dair saziş imzalayıblar. Birinci tranş uzunluğu 156 kilometr olan Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bir hissəsinin yenidən qurulmasına yönəldiləcək.
Layihənin ümumi dəyəri $900 mln. təşkil edir. Qalan $150 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə AYİB Azərbaycanda 117 layihənin həyata keçirilməsinə $2,1 mlrd. vəsait ayırıb. Hazırda bankın Azərbaycanda həyata keçirilən layihələr üzrə cari portfeli 692 mln. avro təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət