“Azəryolservis” ASC Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması layihəsi üzrə məsləhətçi seçmək üçün tenderin ilkin seçim mərhələsini elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Seçim Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prosedurları üzrə keçiriləcək. Çünki layihənin AYİB-in krediti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Məsləhətçinin vəzifələrinə uzunluğu 16,7 kilometr olan Mingəçevir-stansiya Mingəçevir avtomobil yolunun və uzunluğu 138 kilometr olan stansiya Mingəçevir (Aran) - Bəhramtəpə avtomobil yolunun yenidən qurulması üzrə podrat müqavilələrin icrasına texniki nəzarət daxildir. Məsləhətçi 2014-cü ilin mart ayında işlərin icrasına başlamalıdır.
İlkin seçimdə iştirak etmək istəyən şirkətlər 9 avqust 2013-cü il tarixinədək ərizələrini təqdim etməlidir.
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun uzunluğu 156 km təşkil edir. Bu yolun yenidən qurulması üzrə işlər 31 dekabr 2016-cı ilə qədər başa çatmalıdır.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 6-da AYİB Azərbaycana hər biri $250 mln. məbləğində üç tranşla $750 mln. məbləğində kreditin verilməsini təsdiq edib. 2011-ci ilin dekabr ayında Azərbaycan hökuməti və AYİB $250 mln. məbləğində ilk tranşın ayrılmasına dair saziş imzalayıblar. Birinci tranş uzunluğu 156 kilometr olan Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bir hissəsinin yenidən qurulmasına yönəldiləcək.
Layihənin ümumi dəyəri $900 mln. təşkil edir. Qalan $150 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə AYİB Azərbaycanda 117 layihənin həyata keçirilməsinə $2,1 mlrd. vəsait ayırıb. Hazırda bankın respublikada həyata keçirilən layihələr üzrə cari portfeli 692 mln. avro təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət