“İnterfaks-Azərbaycan” agentliyi müasir Azərbaycanın reallıqlarını işıqlandıraraq operativlik, səhihlik və obyektivlik siyasətinə sadiq qalır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnterfaks- Azərbaycan” agentliyinin 10 illik yubileyi münasibəti ilə agentliyin baş direktoru Aleksandr İvanovun ünvanına göndərdiyi təbrik məktubunda deyilir.
“20 il bundan öncə yaradılan “İnterfaks” SSRİ-nin dağılmasından əvvəl mövcud olan çətin tarixi dövrdə nadir alternativ informasiya mənbəyi idi. Məhz bu agentlik Heydər Əliyevin Kommunist Partiyasının sıralarından ayrılmasına dair bəyanatı yaydı, həmçinin respublikada cərəyan edən mürəkkəb siyasi proseslər haqqında obyektiv informasiya təqdim etdi”, - Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bu gün “İnterfaks-Azərbaycan” agentliyində keçirilən yubiley tədbirində İlham Əliyevin məktubunu oxuyarkən bildirib.
Dövlət başçısı məktubunda “İnterfaks-Azərbaycan” agentliyinin gələcək fəaliyyəti ilə media məkanında Azərbaycanın layiqli nüfuzunun formalaşdırılmasına kömək edəcəyinə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
“Heydər Əliyevin Kommunist Partiyasının sıralarından çıxmasına dair bəyanatı o zaman bütün Sovet İttifaqını silkələdi. Siyasi Büronun sabiq üzvü Sovet İttifaqı Kommunist Partiyasının sıralarından gedir. “İnterfaks“ isə o zaman kiçik şücaət göstərdi, çünki o dövrdə Qorbaçovun haqqında bəhs etdiyi aşkarlıq əslində seçici idi. Heydər Əliyevin Sov. İKP sıralarından çıxması barədə informasiyanı yaymaq istəmirdilər, əksinə onu ictimaiyyətdən gizlətməyə çalışırdılar”, - deyə F.Axundov vurğulayıb.
Onun sözlərinə görə, “İnterfaks” İnformasiya Agentliyi tərəfindən H.Əliyevin Kommunist Partiyasının sıralarını tərk etməsi barədə yayılan xəbər mahiyyət etibari ilə “SSRİ-nin və Kommunist Partiyasının iflası barədə ilk qaranquş oldu”.
“H.Əliyev kimi nəhəng şəxsiyyətin partiya sıralarından çıxması, öz partiya biletini təhvil verməsi böyük zərbə demək idi. İlham Əliyevin söylədiyi kimi, məhz “İnterfaks” agentliyinin sayəsində bu xəbər bütün dünyaya yayıldı və bütün xarici radiostansiyalarda səsləndirildi”,- deyən Prezident Administrasiyasının sektor müdiri “İnterfaks” agentliyinin sözügedən xəbərinin əlamətdar olduğunu vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyi çoxsaylı KİV arasında xüsusi əhəmiyyətə malikdir”,- deyə SOCAR prezidenti Rövnəq Abdullayevin təbrik məktubunda bildirilir. SOCAR prezidentinin məktubunu tədbirdə ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov oxuyub.
Təbrik məktubunda qeyd edilir ki, “İnterfaks-Azərbayan” agentliyi geniş ictimaiyyətin ölkədə və dünyada baş verən xəbərlər barəsində obyektiv məlumatlandırılmasında dövlətçilik siyasətinə ciddi əməl edir.
““İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılıb. O, bu agentliyin dünya standartlarına uyğun inkişafına böyük diqqət və qayğı göstərirdi”, - deyə R.Abdullayev vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru A.İvanov agentliyin fəaliyyətinə verdiyi yüksək qiymətə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.
“Düşünürəm ki, biz bu gün işimizdə nail olduğumuz keyfiyyət səviyyəsi ilə kifayətlənməyəcəyik. Biz bundan sonra da öz potensial yaradıcılıq imkanlarımızı səylə artıracağıq, çünki dövlət başçısı tərəfindən belə bir təbrik, verilən yüksək qiymət bir çox məsələni vəzifə olaraq qarşımıza qoyur.
A.İvanov ARDNŞ rəhbərliyinə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığını bildirib.
“Bu gün ARDNŞ-də yaradılmış yeni “Socar-Media” qurumu “İnterfaks-Azərbaycan” agentliyi ilə birgə reallaşdırılacaq daha bir yaradıcılıq sahəsidir”,- deyə A.İvanov qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət