Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İsrailin Suriyaya qarşı hərbi həmlələrinə etiraz edib və bunu pisləyib.
“Bölgə müsəlmanlarının dini mərkəzi olaraq Qafqaz Müsəlmanları İdarəsi Suriyanın suverenliyinə qarşı İsrail tərəfindən həyata keçirilən hərbi həmlələrdən, həmçinin bu ölkədə radikal qüvvələr tərəfindən dini dəyərlərə qarşı törədilən vandalizm aktlarından dərin narahatlığımızı bildirir və bu kimi hallara etiraz edərək qətiyyətlə pisləyir”, - deyə QMİ-nin çərşənbə günü yaydığı bəyanatda bildirilir.
“Suriyada beynəxalq hüquqa zidd hadisələrin cərəyan etməsi bizi narahat etməyə bilməz. Belə ki, hər hansı suveren dövlətin ərazisinin bombalanması, məramından asılı olmayaraq, silahlı müdaxilə və təcavüzdür. Biz, din xadimləri, Suriya dövlətinin taleyinin Suriya xalqı tərəfindən həll olunmasını doğru sayaraq, dövlət və din xadimlərinin birgə səyləri, siyasi, ictimai xadimlərin, iqtidar və müxalif qüvvələrin ortaq məxrəcə gəlmələri sayəsində ölkədə sabitliyin bərqərar olacağı qənaətindəyik”, - deyə bəyanatda vurğulanır.
Sənəddə dünya birliyinin bu hadisəni lazımınca qiymətləndirərək öz münasibətini bildirəcəyinə əminlik ifadə olunur.
Bununla yanaşı, QMİ ölkənin daxili işlərinə xarici müdaxilənin yolverilməz olduğunu hesab edir.
“Biz ümumən dövlətlərin daxili işlərinə müdaxilələri, bu və ya digər strateji maraqlar naminə məkanlara nüfuz edilməsini, dini ideyaların siyasi mübarizə və millətlərarası münaqişələr üçün istifadə olunmasını yolverilməz sayırıq. Hərbi əməliyyatlar, suveren dövlətlərə müdaxilələr vətəndaş müharibələrinə rəvac verərək, dünyadakı vəziyyəti daha artıq dərəcədə səbatsız edir, məbədlər dağıdılır, çoxəsrlik irs məhv edilir, müxtəlif din və məzhəb ardıcılları arasında nifaq toxumu səpilir. Biz xaos və ölüm gətirən belə müdaxilələri qətiyyətlə pisləyirik”, - deyə bəyanatda qeyd edilir.
QMİ-də hesab edirlər ki, Suriyada müqəddəslərin qəbirlərini təhqir edən şəxslər layiqli cəzalarını alacaqlar. O cümlədən, Quranın yandırılmasını ekstremizm və terrorizmin təzahürləri adlandırıblar.
“Suriyada müqəddəs məzarlıqlara qarşı vandalizm faktları, İslam yolunda şəhid olmuşların müqəddəs qəbirlərinin açılaraq təhqir olunması müqəddəs dinimizə görə küfr və günahdır. İnsanlığa zidd belə əməlləri törədən münafiqlər Allah dərgahında öz layiqli cəzalarını alacaqlar. Dinlər və məzhəblər arasında qarşıdurma yaradanlar dünyanın bütün imanlı insanları tərəfindən qınaq hədəfinə çevrilməlidirlər. Biz, din xadimləri Quranın yandırılmasını, müqəddəslərin qəbirlərinin təhqirini ekstremizm və terrorizmin təzahürləri hesab edirik”, - deyə bəyanatda bildirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət