SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ildə keçiriləcək Futbol üzrə Avropa Çempionatı (Avro-2016) və seçmə oyunlarının əsas sponsorlarından biri oldu. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
“Biz bu gələcək yönümlü layihəyə qoşulmaqdan məmnunluq hiss edir və bildirmək istəyirik ki, ARDNŞ-nin dünya idmanı ilə əməkdaşlığı qürurverici bir hadisədir. Bu, 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatından sonra bizim beynəlxalq sponsorluq sahəsində ikinci əməkdaşlıq təcrübəmizdir”, - deyə şirkətin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, SOCAR Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru olaraq respublikada futbolun inkişafına daim fəal dəstək göstərir.
“Hesab edirik ki, bu sponsorluq SOCAR-ın beynəlxalq profilini yüksəltmək üçün nadir imkanlardan biridir”, - deyə E.Nəsirov əlavə edib.
“Biz SOCAR-ı 2016-cı il Futbol üzrə Avropa Çempionatı və seçmə oyunlarının əsas sponsorları sırasında görməkdən məmnunluq duyuruq. Bu sponsorluq ARDNŞ-nin brendinin təbliği və məqsədyönlü auditoriyasının genişləndirilməsi üçün nadir imkanlardan biridir”, - deyə məlumatda UEFA-nın marketinq direktoru Qay-Loran Epşeynə istinadən bildirilir.
Futbol üzrə Avropa Çempionatının 2016-cı il iyunun 11-dən iyulun 3-nə qədər Fransada keçirilməsi gözlənilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət