Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan tamaşaçılarının səslərinin Rusiyanın xeyrinə hesablanması faktı ilə bağlı bəyanatla çıxış edib.
“Azərbaycan İctimai Televiziyasının milli mobil operatorlardan aldığı məlumatlara görə, SMS səsvermənin yekun nəticəsi Rusiya ifaçısı Dina Qaripovanın ikinci yer tutduğunu göstərib. Bu da Azərbaycanın milli səsverməsində Rusiyanın xeyrinə yüksək yekun balı təmin etməli idi. Qeyd edək ki, milli münsiflər heyəti də Rusiyaya yüksək qiymət verib”, - deyə C.Quliyevin bazar ertəsi rəsmi mətbuatda dərc edilmiş bəyanatında bildirilir.
C.Quliyev Azərbaycandan səslərin final hesablanmasında Rusiyanın bir bal belə qiymət almaması ilə ələqədar narahatlıq və təəccüb ifadə edib.
“Bu gün ictimaiyyətin, ziyalıların bir çox nümayəndələrinin, həmçinin yaradıcı insanların həmin fakt üzrə hiddət və narazılıq ifadə etmələrini başa düşmək olar. Biz onların fikri ilə tam razılaşırıq ki, Rusiya bu il gözəl nömrə və güclü ifaçı ilə iştirak edib. Hesab edirik ki, SMS səsvermənin yekunlarına görə Azərbaycan tamaşaçısının verdiyi yüksək qiymət, habelə milli münsiflər heyətinin “Eurovision-2013” mahnı müsabiqəsində Rusiya ifaçısına verdiyi qiymət elan edilmiş bala adekvat deyil”, - deyə İctimai Televiziyanın direktoru vurğulayır.
“Ürəkdən inanırıq ki, ola bilsin müəyyən əlaqədar qrupların təşəbbüsü olan bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq”, - deyə bəyanatda bildirilir.
C.Quliyev qeyd edib ki, Rusiya məhz o ölkədir ki, Azərbaycanı onunla çox cəhətlər – həm ümumi maraqlar, həm ümumi bəşəri dəyərlər, həm də ümumi tarix bağlayır. Onun sözlərinə görə, bu gün Azərbaycan ilə Rusiyanın mədəniyyət və yaradıcılıq əlaqələri bir çox ölkələr, o cümlədən yaxın xarici ölkələr üçün yaxşı nümunə ola bilər.
“Azərbaycanda müxtəlif tədbirlərdə iştirak edən Rusiyanın yaradıcı kollektivlərinin vokal və artistlik istedadları geniş auditoriya toplayır. Azərbaycanın nümayəndələri də Rusiya auditoriyası tərəfindən eyni səmimiyyətlə qarşılanır. Rusiya tamaşaçısının “Eurovision-2013” müsabiqəsində Azərbaycan nümayəndəsinə veridiyi yüksək bal bunu təsdiq edir. Qeyd edək ki, bu yüksək bal Rusiya tamaşaçısının ölkəmizin nümayəndəsinin yaradıcılığına göstərdiyi ehtiramın nümayişidir”, - deyə bəyanatda qeyd olunur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət