Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda ət məhsulları kompleksi fəaliyyətə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri də qeyri-neft sektorunun inkişafını təmin etməkdən ibarətdir”, - deyə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə bu istiqamətdə ardıcıl tədbirlərin görülməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi və yeni istehsal müəssisələrinin yaradılmasından asılıdır. “Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikamızda sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir, yeni istehsal müəssisələrinin yaradılması diqqət mərkəzində saxlanılır. Bu gün istifadəyə verilən ət məhsulları kompleksi də bu istiqamətdə görülən işlərin nəticəsidir”, - deyə V.Talıbov əlavə edib.
O qeyd edib ki, muxtar respublikada daxili bazarın qorunması və əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər yeni ət məhsulları kompleksinin yaradılmasına imkan verib. “Müəssisənin yaradılmasına lazımi dövlət dəstəyi göstərilib, Sahibkarlığa Kömək Fondu tərəfindən güzəştli şərtlərlə kredit ayrılıb. Qısa müddətdə kompleksin fəaliyyəti təmin edilib, müəssisədə müasir avadanlıqlar quraşdırılıb”, - deyə V.Talıbov bildirib.
Onun sözlərinə görə, kompleksdə müxtəlif çeşidlərdə ət və ət məhsullarının istehsal olunması istehlakçılara seçim imkanları yaradacaq. Digər tərəfdən, istehsal olunan keyfiyyətli ət məhsulları əhalinin və dövlət tərəfindən təminatı həyata keçirilən qapalı müəssisələrin tələbatını tamamilə ödəyəcək. Ona görə də burada gigiyenik qaydalara əməl edilməsi və keyfiyyətli məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır. “Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması muxtar respublikanın ixrac potensialının artırılmasına və iş yerlərinin yaradılmasına imkan verir”, – deyən Ali Məclisin sədri söyləyib ki, kompleksdə yaradılan şərait ət məhsullarına olan daxili tələbatı tamamilə ödəməklə yanaşı, müəssisənin ixrac imkanlarını da artıracaq. Bütün bunlar isə əhalinin sosial rifah halının yaxşılaşdırılması və iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət daşıyır.
Müəssisənin yaradılmasına 3 mln. 248 min manat vəsait sərf olunub ki, bunun da 1 mln. 530 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılmış güzəştli kreditdir. Ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə kəsim sexi fəaliyyət göstərir, 8 soyuducu kamera quraşdırılıb. Kompleksdə yaradılan kolbasa, sosiska və yarımfabrikat ət məhsulları sexinin gündəlik istehsal gücü isə 2 tondur. Həmçinin kompleksdə hazır məhsulların satış mağazası, yeməkxana və kəsimə hazırlanan heyvanların saxlanılması üçün şərait və ətin keyfiyyətinə nəzarət üçün laboratoriya var.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət