Milli Məclisin spikeri Oqtay Əsədov NATO-nun sammitlərində qəbul olunmuş bəyannamələrdə Azərbaycanın ərazi bütövlüyünün həmişə dəstəklənməsi faktını yüksək qiymətləndirir.
“Azərbaycan NATO ilə əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir”, - deyə O.Əsədov Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun Bakıda təşkil etdiyi “Parlamentlər şəbəkəsi” adlı tədbirdə iştirak edən NATO Parlament Assambleyasının (PA) nümayəndə heyətini qəbul edərkən bildirib. Bu barədə Milli Məclisin mətbuat xidməti xəbər verir.
Parlament sədri söyləyib ki, Azərbaycan-NATO münasibətləri yüksələn xətlə inkişaf edir.
“Əvvəllər təşkilatda müşahidəçi statusunda iştirak edən Azərbaycan bu gün NATO PA-nın assosiativ üzvüdür. Təşkilatda Azərbaycan nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etməsi bizim bu qurumla əlaqələrə böyük əhəmiyyət verməyimizin göstəricisidir”, - deyə O.Əsədov bildirib.
O, Milli Məclisin nümayəndə heyətinin NATO PA-nın keçirdiyi tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.
“Biz gələcəkdə də bu təşkilatla əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Qurumun 2014-cü ilin iyununda keçiriləcək “Rouz-Rout” seminarına Bakının ev sahibliyi etməsi barədə qərar Azərbaycanda məmnunluqla qarşılanıb”, - deyə o əlavə edib.
NATO PA-nın nümayəndələri qurumun Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıraraq Azərbaycan nümayəndə heyətinin NATO PA-dakı fəaliyyətini təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Görüşdə əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət