Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri vasitəsilə nəqli məsələsi Rusiyanın müvafiq müqavilədən çıxmasından sonra bağlanmayıb. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan edib.
“Məsələ bağlanmayıb. Düşünürəm ki, tərəflər razılığa gələcəklər”, - deyə o, çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Rusiyanın müqavilədən çıxmaq qərarı Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri vasitəsilə nəqlinin Rusiya tərəfi üçün gəlirsiz olmasından irəli gəlib. O qeyd edib ki, “əgər kiminsə hər hansı həcmdə nefti, digərinin isə boru kəməri varsa, qoy bunu hansı şərtlərlə həyata keçirməyin mümkün olması barədə razılığa gəlsinlər”.
Bundan başqa, V.Doroxin qeyd edib ki, Rusiya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu həftə Moskvaya baş tutmuş səfərini yüksək qiymətləndirir.
“XİN başçıları arasında ciddi konstruktiv danışıqlar olub, bütün məsələlər müzakirə edilib. Müxtəlif şərh, ehtimal və nəticələrə baxmayaraq, Azərbaycan və Rusiya arasında münasibətlər konstruktiv məcrada inkişaf edir. Onların əsasında maraqların balansı durur”, - deyə V.Doroxin əlavə edib.
Onun sözlərinə görə, tərəflər şəxsi maraqlarına əsaslanaraq hərəkət edirlər.
“Ölkələr arasında dostluq mühiti mövcuddur. Biz bir-birimizi anlayırıq”, - deyə səfir vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət