Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, prezident mükafatı və beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin İtaliyanın Parma şəhərində silsilə konsertləri keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Ə.Quliyev Avropanın ən yaxşı orkestrlərindən biri - Toskanini Filarmonik orkestrinə rəhbərlik edib. Konsertlər “Paqanini Auditorium” zalında və “Yeni Atmosfer” (Nuove Atmosfere) adı ilə hər il keçirilən konsertlər silsiləsi çərçivəsində keçirilib.
Əyyub Quliyevin dirijorluğu ilə Toskanini Filarmonik orkestri İtaliyada ilk dəfə görkəmli bəstəkar B.Martinunun «La Revue de cuisine» süitası və fortepiano, zərb alətləri və orkestr üçün “İkili konserti” dinləyicilərə təqdim edilib. “İkili konsert”də solistlər qismində italiyalı pianoçu Paolo Martsokki və nağaraçalan Canni Canqrasso çıxış ediblər.
Konsertin ikinci hissəsində orkestr İqor Stravinskinin “Pulçinella” baletindən Süita və Yozef Qaydnın 45-ci simfoniyasını (“Vida”) ifa ediblər. Konsetlər üçün Qaydnın simfoniyası təsadüfi seçilməyib – mayın 24-25-də bu mövsümdə Toskanini orkestrinin son konsertləri keçirilib. Mövsümə yekun vurulması kimi şərəfli missiya azərbaycanlı dirijora həvalə olunub.
Konsertdən sonra Toskanini Fondunun prezidenti professor Mauritsio Roy azərbaycanlı dirijora təşəkkürünü bildirib və onu 2013-2014-cü mövsümdə yeni proqramla çıxış etmək üçün İtaliyaya dəvət edib.
Azərbaycanlı dirijorla yanaşı, bu mövsümdə Toskanini orkestri ilə Kazuşi Ono, Natalya Qutman, Sergey Krılov, Mişa Mayski, Aşer Fiş, Antoni Vit, Andrey Boreyko, Ton Koopman, İv Abel və Migel Qomes kimi tanınmış musiqiçilər çıxış ediblər.
2010-cu ildə Əyyub Quliyev A.Toskanini adına dirijorların XIX beynəlxalq müsabiqəsinin qalibi olub. 1991-ci ildən bu dövrə qədər birinci mükafat təqdim edilməyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət