Naxçıvan mərkəzi təlim poliqonunda muxtar respublikanın tam orta məktəblərinin X-XI sinif şagirdləri üçün hərbi hazırlıq üzrə praktiki məşğələlər keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
“Naxçıvan qarnizonu ilə birgə təşkil olunmuş hərbi hazırlıq üzrə praktiki məşğələlərdə 2 mindən artıq yuxarı sinif şagirdi iştirak edib. Onlarla bərabər Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Tibb Kollecinin tələbələri də məşğələlərə cəlb olunublar”, - deyə nazirlikdən qeyd olunub. Agentliyin müsahibi məlumat verib ki, praktiki məşğələlərin keçirilməsində məqsəd şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.
“Məktəbdə hərbi hazırlıq fənni keçən yuxarı sinif şagirdləri təlim poliqonu şəraitində bu gün ölkənin Silahlı Qüvvələrinə məxsus müasir silah-sursat və texnika ilə tanış olublar, onların istifadəsi üzrə təlim keçirilib”, - deyə Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov agentliyin regional bürosuna məlumat verib. Onun sözlərinə görə, bu cür praktiki məşğələlər eyni zamanda bir neçə poliqonda keçirilir. “Belə məşğələlərin müntəzəm keçirilməsi nəzərdə tutulub”, - deyə M.Rüstəmov bildirib.
Məşğələlər zamanı şağırdlər, həmçinin hərbi-səhra mətbəxinin fəaliyyəti ilə tanış olublar, səhra yeməkxanasında nahar ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət