Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə yanğınlarına imkan verməmək üçün məqsədyönlü tədbirlər həyata keçirir. Bu barədə
nazir Hüseyn Bağırov bəyan edib.
“Əgər bu tədbirlər görülməsəydi, o zaman digər ölkələrdə olduğu kimi Azərbaycanda da günlərlə davam edən meşə yanğınları müşahidə edilərdi”, - deyə nazir bazar ertəsi jurnalistlərə bildirib.
Bununla yanaşı, H.Bağırov əhalini meşə yanğınlarına imkan verməmək məqsədilə odla rəftarda ehtiyatlı olmağa çağırıb.
“Xatırlamaq lazımdır ki, ölkədə yay isti keçir. Əgər təbiətdə istirahət edənlər oddan istifadə edirlərsə, o zaman bu amili nəzərdən qaçırmamalıdırlar”, - deyə nazir vurğulayıb.
O, ümidvar olduğunu bildirib ki, hər bir insan ətraf mühit qarşısında və meşələri yanğınlardan mühafizə məsələsində öz məsuliyyətini anlayır.
“Xüsusilə avtomobil pəncərəsindən siqaret kötükləri atan sürücüləri və sərnişinləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırıram. Əgər diqqət yetirsək, görərik ki, yanğınlar məhz avtomobil yollarına yaxın ərazilərdə daha tez-tez baş verir”, - deyə H.Bağırov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət