Bakı polisi adam oğurlamaqda və zorla girov saxlamaqda şübhəli bilinən cinyətkar qrupu zərərsizləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bu gün Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Aparılan əməliyyat tədbirləri nəticəsində 3-ü Gürcüstan vətəndaşı olmaqla 6 nəfər saxlanılıb.
Biləsuvar rayon sakini,1981-ci il təvəllüdlü Səbuhi Əliyev DİN-in “102” xidmətinə zəng vuraraq bir qrup şəxsin onu oğurlaması barədə məlumat verdikdən sonra cinayətin üstü açılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları zəngin daxil olduğu yeri müəyyən ediblər.
İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkmiş onu oğurlayan şəxslərə külli miqdarda borcu olub.Cinayətkar qrup S.Əliyevi tutaraq döyüb, sonra başına torba keçirərək bir evə aparıblar. Xoşbəxtlikdən, cinayətkarlar zərərçəkən şəxsi bir müddət nəzarətsiz qoyublar, ona görə də o, ev telefonundan “102” qaynar xəttinə zəng edərək oğurlanması barədə məlumat verə bilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət