Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin Quşçular kəndinin sakinləri ilə görüşü olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Görüş zamanı sakinlər əsasən yararsız hala düşmüş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi kimi məsələləri gündəmə gətiriblər. N.Quliyev qısa müddət ərzində müvafiq tədbirlərin görüləcəyini vəd edib.
Bundan başqa, kənddə müasir kitabxana binasının və uşaq bağçasının inşası, eləcə də əlavə su nasoslarının qurulması təklif edilib. Rayon rəhbərliyi səsləndirilən müraciətlərin mərhələli şəkildə həll olunacağını vəd edib.
Görüşdə bildirib ki, kəndin avtomobil yolu əsaslı təmir olunub. Əhali fasiləsiz olaraq qaz, işıq və içməli su ilə təchiz olunub. Kənddə müasir tələblərə cavab verən yeni məktəb binası inşa edilib. Quşçular kəndinin 813 nəfər əhalisi var. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət